BEYNƏLXALQ TERRORUN BİR QOLU OLAN ERMƏNİ TERRORÇULARINA KİÇİK BİR MESAJ

Dünya tarixindən gizlədilmiş və Azərbaycan millətinə qarşı aparılan “Genetik terror” ensiklopediyasından!

“…Fikrimcə dünya tarixinin ən kövrək qanlı səhifələri insanların genetik qırğınlarıdır. Bu qırğınlar təəssüf ki, dünya tarixindən silinib. Və bu qanlı tarixləri dost da gizlətdi, düşmən də. Amma bir məsələni unutdular; Anlamadılar ki, tarixi ləngitmək olar… lakin onu rədd etmək olmaz.”

Siz, Zod, Vəjnəli, Söyüdlü… kəndlərinin qızıl mədənlərində yüzlərlə əsir götürdüyünüz və adicə baş ağrısından gileylənən insanları bir gündə süngüdən keçirdiniz. Sonra onları dəfn etmək əvəzinə, yandırdınız…

Yazıqlar olsun Sizə ki, onların arasında erməni fəhlələri də var idi… Bu insanlıq deyil. Axı Siz kimsiniz? İnsanların yandırılmasına əmr verən Siz olmadınızmı?..

Bu gün çox qəribə bir xəbər aldıq. Araşdırma materiallarına görə yenicə özgə torpaqlarında özünə yuva quran milyonçu – terrorçu R.Vardanyanın Xankəndində tikdirdiyi villa məhz kütləvi məzarlığın üstündə qərar tutub… Axı Siz kimsiniz? Törətdiyiniz cinayətlərin miqyası genişdir.

Südümüzə qənim kəsildiniz. 1992-1994-cü illərdə (əvvəlləri hesaba gətirmək olmadı) Qarabağ ərazilərində 648 nəfər hamilə qadına zəncir vurub, müxtəlif preparatlarla onların əzaları üstündə ölümcül ginetik təcrübələr apardınız… Nə üçün?.. Verilən bu suallara heç BMT də cavab verə bilməyib…

Bu gün işğal olunmuş ərazilərimizdə 22 yerdə adsız, ünvansız məzarlıqlar var… Hələ də geniş şəkildə tədqiq edib, araşdırmamışıq.

***

Hər kəsin taleyində iki nənəsi, iki babası, bir atası və bir anası olur. Fikrimcə biz övladların, yaşadığımız cəmiyyətin, yeni yüzillikləri formalaşdıran fundamental dünyagörüşlərin əsasını da qoyan bunlardır; – ata, ana, nənə, baba. Onlar mənim həyatımın fəlsəfəsi, mənası, kədəri, qəmi, düşüncəsi olaraq qalır… Mənim güclü nəslim, güclü genetikam, güclü iradəmdir.

Mən atamı çox sevirəm. Onun bükülməyən qollarını, qartal yuvası tək isti, alovlu, od püskürən isti sinəsini, qəzəbli, lakin yanmış, kökündən qurumuş ağacı, gülü, çiçəyi, bağça-bağı dirildən baxışlarını… çox sevirəm. Siz onun torpaqlarımızın ermənilər tərəfindən “həlak olmasını”, “can verməsini” görəndə atamın keçirdiyi iztirabları, ağrılı-acılı saatları… mənim qədər yaşayan olmadı. Amma bütün bunları bildirə bilməzdim. Bizim ailədə təkcə bir nəfər dərd çəkirdi. Qalan kim vardısa çalışırdılar ki, o çəkilməz dərdləri unutdursunlar. Atam televiziyalara müsahibələr verəndə, xarici müxbirlərlə görüşəndə, ən adi söhbətlər həmişə qürurlu görünürdü. Telefon söhbətlərində başqa otağa çəkilirdi ki, onun əsəbi söz-sohbətini eşitməyək.

Ailəmizin öz sirri var. O, bütün Qarabağı ailəmizə gətirmişdi. Qarabağın dağılmış yurd yerləri, viranə qalmış ocaqlar sanki evimizdə tüstülənirdi. Moskvadan, Parisdən,.. Vaşinqtondan… birdə görürdün erməni uşaqları deyib-gülür, şənlənir… Bizimkilər isə susurdular. Dünən dost olanlar bu gün dodaqlarını gəmirir, ilan, buqələmun təki qabığını dəyişirlər.

O vaxt babam deyirdi ki, Qarabağda can verən, ölən torpaqlarımız var. Torpaq da ölərmi heç?.. Torpaq da can üstündə qalarmı heç?.. Amma mən görmüşəm. Ölən torpağı da, can üstündə qalıb, imdad diləyən torpağı da görmüşəm. Bəlkə də bizi yedirən, içirən, ana südü kimi bəsləyən torpağımızın hansı parçasınısa unutmuşuq.

Yox!.. Biz hələ əldən gedən torpaqlarımızla bağlı tarixi tamamlamamışıq…

Müharibə davam edir. Ermənilərə belə bir mesajım var: – Nə qədər gec deyil, çıxın torpaqlarımızdan, çıxın…

Bu da mənim strategiyamdır. Əsası sədaqətin, sevginin, məhəbbətin, vəfanın, qeyrətin, vicdanın… üstündə qurulan və bərkiyən “Qəhrəmanlıq strategiyası”dır…

Yuxum qədim yuxu idi. Fəxri Xiyabanı görmüşdüm. Dəmir hasarların qapıları açıq idi. Onu da gördüm ki, saç-saqqalı ağappaq ağarmış nurani birisi düz mənə tərəf gəlir. Yaxınımda dayandı. Əlini çiynimə qoydu. Dedi: “İzzət və cəlalıma and olsun ki, səndən yaxşı bir məxluq yaratmamışam. Səndən artıq mənə itaət edən, səndən yüksək, şərəfli və mənə əziz olan bir şey yodur. Yalnız səninlə və sənin vasitən ilə Məni vahid və yeganə bilirlər; sənin vasitənlə Mənə ibadət edirlər, sənin vasitən ilə Mənə dua edirlər, Məni çağırırlar; sənin vasitən ilə Mənə ümid edirlər; sənin vasitən ilə Məndən qorxurlar; arzular da, həzər də sənin vasitən ilə olur; səvab və əzab da sənin vasitən ilə olur.”

 

Leyla xanım Əliyevanın əsərlərini oxuduqdan sonra qənaətə gəldiyim fəlsəfi-məntiqi nəticə (müəllf)

 

1993-cü il 20 oktyabr.

Prezident Heydər Əliyev Amerikada çıxan “Azərbaycan internəşnl” jurnalının redaktoru Betti Bleyerə müsahibə vermişdir.

Həmin vaxt prezident Heydər Əliyevə verilən bütün sualların böyük bir qismi ermənilər tərəfindən işğal olunmuş Qarabağ torpaqları ilə bağlı idi. Jurnalist Betti Bleyerin ABŞ-ın erməni icması ilə çox sıx əlaqələri var. Nyu-Yorkda nəşr olunan “Nyusdey” qəzetinin rəhbərliyi tərəfindən hazırlanaraq, Bakıya göndərilən Betti Bleyer Dağlıq Qarabağ haqqında Heydər Əliyevin strategiyasını, taktikasını öyrənməli idi. “Nyudey” qəzeti yazır ki, jurnalist Betti Bleyer Federal Tədqiqatlar Bürosunun əməkdaşı idi. Və Bettinin məqsədlərindən biri Bakını Naxçıvana qarşı qoymaq idi. O, soruşurdu ki, Heydər Əliyevi Naxçıvanlılar Qarabağın əldən verilməsinə görə ittiham edə bilərmi? Ermənilər Naxçıvanı da öz torpaqları hesab edirlər. Hətta erməni Akademiki Xurşudyan iddiya edir ki, Qarabağdan sonra Naxçıvan gəlir… Bu barədə danışmaq üçün Tehran radiosu ona iki gün danışmaq şansını da verdi. Amma bir şey cıxmadı.

Prezident Heydər Əliyev isə amerikalı yazara xatırladır: …Naxçıvan Azərbaycanın ürəyidir… Biz öz torpaqlarımızı xilas edəcəyik… Necə? Onun şahidi olacaqsınız… O, bütün bunlardan sonra jurnalist Betti Bleyerə diqqətlə baxdı. Gözlənilmədən soruşdu: – Cənab Bleyer, Siz ermənisiniz?…

Verilən sual cavabsız qaldı. Məhz bundan sonra, Heydər Əliyev o vaxt Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə xatırlatdı ki, onunla görüşmək istəyən xarici diplomatlar haqqında məlumat versinlər… Bu vacib bir məsələ idi. Sonradan bu məsələ təhlükəsizlik tezislərindən birinə çevrildi.

Araşdırma materialları göstərirdi ki, Prezident Heydər Əliyevin siyasi mövqeyi, kəskin qərarları erməniləri çaşdırmışdı. Ermənilər həm də qorxurdular. Məsələn, Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin Diaspor şöbəsinin müdiri (bu şöbənin adı çox hallanmırdı) polkovnik Mark Qavriloviç Babayan Heydər Əliyevin ailəsinə qarşı qurulmuş “Dairə” məxfi təcrid planının əsl təşkilatçılarından biri idi. Hərbi kəşfiyyat dərsi almış polkovnikin iş üsullarından biri Azərbaycan dövlətçiliyinə Heydər Əliyevə və müxalifətdə dayanmış (həm daxildə, həm də xaricdə) adamlarla təmaslar qurmaq idi.

Həmin anlarda Fransanın “Antenn-2” telekanalı qeyd edirdi ki, Naxçıvan ərazilərində çox sayda qədim mifoloji işarələr var ki, onlar da bir qayda olaraq göy cisimləri ilə təmasdadırlar. Bütün bunlar tədqiq olunmayıb. Məsələn, bu istiqamətdə Heydər Əliyev 1993-cü ilin dekabrın 31-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Maylerlə keçiriləcək yarım saatlıq görüş (diplamatik protokola əsasən) bir saata yekunlaşmışdır. Həmin görüşdə Amerika səfiri ölkə başçısına süni peyk vasitəsilə çəkilən tarixi foto-şəkillər göstərir və xatırladır ki, Azərbaycan ərazilərində (Naxçıvan, Gəncə, Şamaxı, Lənkəran…) olan və tam məxfi qaydalarla təbiətin və yaradanın (qeyd edim ki, səfir Allaha çox bağlı şəxs olub) qoruyub saxladığı 54% qiymətli mənbə var. Onun qorunması üçün heç bir nazirlik, İdarə, təşkilat… yoxdur. Bütün bunlar Allahın toxunulmaz fondu olaraq qalır…

Amerikalı səfir Prezident Heydər Əliyevə çox maraqlı, çox düşündürücü bir mesajı da verib ki, Heydər Əliyev özünə heç bir millətdən dost axtarmasın. Onun ən yaxın dostları və silahdaşları doğulduğu, boya-başa çatdığı ərazidir. Naxçıvan torpağının ən qədim mifoloji-tarixi işarələr onu bəlalardan… qorumaq gücündədir. Müharibəyə gəlincə… o da Azərbaycanın xeyrinə həll olunub. Lakin o torpağın sərvətini düşünənlər var… Dağlıq Qarabağın Göylə təmasda olan çoxlu çıxıntıları var. Məsələn, ərazi regionun və dünyanın ən çox meteorit düşən ərazisidir. Meteorit tərkibində ən qiymətli kimyəvi bir maddə var. O da Kamforniumdur. Hər bir qram Kamfornium dünyanın qara bazarında 50 (əlli) milyon avrodur… Bu maddə raket texnologiyasında, ən ciddi və öldürücü uzaq vuran bombaların istehsalında istifadə olunur.

Xatırladım ki, eyni məzmunlu söhbəti Prezident Heydər Əliyevlə 1993-cü ilin oktyabr ayının 26-da, saat 16.20-də İran İslam Respublikasının eks-prezidenti Haşimi Rəfsəncanilə də edib. Həmin vaxt İran Prezidenti Qarabağ döyüşlərində yaralı düşən əsgərlərlə görüşmək üçün Heydər Əliyevlə birgə ölkənin Daxili İşlər Nazirliyinin hospitalında olub.

Tarix göstərir ki, bəzən dünyanın yaxşı, vicdanlı, namuslu torpağının hər qarışını şeytan fitnəsindən qorumağa səbri, gücü çatmayan insanları Allah özü birləşdirir, şeytanı məğlub edir. Baxın, dünyada Naxçıvanda döğulan insanlar qədər öz dostuna, öz xalqına, millətinə, öz rəhbərinə sadiq olan ikinci bir ərazi az-az tapılar. O vaxt Kremldə belə bir şöbə var idi; SSRİ vətəndaşları ilə içtimai-siyasi əlaqələr şöbəsi. O şöbə uzun müddət bağlanmadı. “Siyasi Büro” adı altında 2000-ci ilədək “İçtimai rəyi” öyrənən şöbə kimi fəaliyyət göstərdi. Sonra Strateji Araşdırmalar Mərkəzi kimi fəaliyyətə başladı. Həmin şöbənin çox dəqiq və maraqlı hesabatları var idi. Məsələn, həmin şöbənin bir məlumatında göstərilirdi: 1991-ci ildə Azərbaycandan Heydər Əliyevin əleyhinə Siyasi Büroya bir gündə iyirmi iki min məktub yola salınırdı. Lakin həmin iyirmi iki min məktubun içində bir nəfər də olsun Naxçıvandan olmayıb. (həmin məktubların içində elə məktublar da olurdu ki, bir başa Moskvadan göndərilirdi. Məktublar şöbəsinin əməkdaşı olan A.D.Orlov qeyd edirdi ki, Moskvadan göndərilən məktubların bir qismini Heydər Əliyev yoxlatdırdı. Və məlum oldu ki, həmin məktubları ermənilər azərbaycanlı iş adamlarının xərclərilə göndərirdilər… Bu şöbənin çox maraqlı tezisləri var idi. Məsələn, A:4 – tezisində yazılırdı: “İnsan haqqında mənfi içtimai rəy yaratmaq üçün ən iyrənc fəaliyyətə əl atan hər kəs vicdansız və əxlaqsız, mənəvi cəhətdən sarsıntı içində yaşayanlardır.”

Yaxşı, namuslu adamları ləkələyərək, özlərinin çirkin məqsədləri üçün yol açanların fəaliyyəti düşmən gülləsindən də betərdir.

Maraqlı bir məqam var idi. Məsələn, Kreml Heydər Əliyev haqqında çox maraqlı, lakin heç bir çərçivəyə sığmayan, ləyaqətsiz bir proqram irəli sürmüşdü. Keçmiş İttifaqın Jurnalistlər İttifaqına hazırlanmış həmin proqrama uyğun olaraq həm ölkənin KİV-nə və radio televiziya redaksiyalarına “xüsusi bir tapşırıq” verilmişdi: “Siyasi Büronun üzvü Heydər Əlirza oğlu Əliyevlə bağlı, onun əleyhinə ciddi yazılar hazırlansın, fəaliyyəti gözdən salınsın,dostları, yoldaşları, ailəsi yanında, doğulduğu regionda şərəf və ləyaqəti təhqir olunsun… Azərbaycan tarixindən silinməsi istiqamətində işlərə başlanılsın. Bütün bu işlərə o vaxt son qoyulsun ki, Heydər Əliyev Siyasi Büro üçün Dağlıq Qarabağla əlaqəli ərazilərin ermənilərə aid olan qədim tarixə malik ərazilər olduğunu göstərən, əvvəlcədən yazılan və ABŞ-da Astarcanyan Strateji Araşdırmalar Mərkəzində hazırlanan analitik yazıya imza atsın. İmza atsın ki, bu sərsəm yazını məhz o yazıb”…

Akademik Y.Çazov qeyd edir ki, bütün bu ittihamlardan imtina etməsi, bu insanlıqdan kənar proqramı ifşa etməsi… Heydər Əliyevi ürək xəstəliyinə saldı. Akademik Y.Çazov yazırdı: “Heydər Əliyev həm siyasi, həm fiziki cəhətdən Siyasi Büro üzvləri icərisində ən sağlam və qüvvətli, səbrli və dəyanətli bir şəxs idi.”

Düşmən isə öz işini görürdü. Ermənilərdən ibarət yaradılmış anti Əliyev böhtan və yalan fabriki Fransada yaşayan D.Petrosyanın, Ermənistanda yaşayan Z.Balayanın, ABŞ-da yaşayan E.Dadamyanın, S.Kartaşyanın… materiallarını yüz min tirajla çap edib, dünyaya yayırdı. Məqsəd də bu idi: “Baxın, nəhayət Azərbaycanda bir nömrəli siyasi lider Heydər Əliyev Qarabağ ərazilərinin ermənilərə aid olduğunu təsdiq etdi…”

Bütün bunlardan sonra Akademik Y.Çazov yazır: “Heydər Əliyev siyasi lider kimi, talantlı və ciddi əxlaqa malik bir insan kimi mənim qəlbimə girmişdi. 1986-cı ildə… Heydər Əliyevlə son görüşüm oldu… Mən də xəstələnmişdim… Heydər Əliyev də ürəyindən şikayətlənirdi…

Müalicə yekunlarına görə onu zəhərləmişdilər. Zəhər asta-asta onun içini yeyirdi… Amma o, bunu ailəsindən, dostlarından gizlədirdi. Özü içindəki ağrılarla mübarizə aparırdı. Mən və əməkdaşlarım ona əlimizdən gələn köməkliyi edirdik. Kremlin nəzarətində olan bütün klinikaları, xüsusən 4 saylı xəstəxananı ermənilər bürümüşdü. Onlar imkan vermirdilər ki, Heydər Əliyev müalicə olunsun. Nəticədə mən onu öz bağıma aparmağa nail oldum və orada onun müalicəsinə başladım…”

Mən bütün bu qeydləri tövsiyyə edirdim ki, Azərbaycanda Heydər Əliyevlə bağlı əsərlər yazan, filmlər çəkən… kim vardısa, hamısı cəhd edib həm Kremlin, həm Dövlət Təhlükəsizlik Komitəsinin… Baş Kəşfiyyat İdarəsinin arxivlərində “ilişib qalan” Heydər Əliyevə məxsus gündəlikləri vərəqləsinlər…Lakin heç kim bu yolu getmədi. Məxfi qalan bu məsələləri millət üçün, Azərbaycan üçün araşdırmaq istəmədi. Heydər Əliyev haqqında çox kitablar yazıldı. Yenə həqiqət bir yanda qaldı. Heydər Əliyevə məxsus “Çekist gündəlikləri” bir kənarda qaldı…

Mənim aləmimdə düşmən tərəfdən zəhərlənmiş, bədəninə zəhər yeridilmiş Heydər Əliyev mənə o vaxt ölkəsinin, millətinin yolunda fədakarlıq edən Nəriman Nərimanovu xatırladırdı…

Bir məsələni yekunlaşdırmaq üçün biz “Kifayət…” deyib, çox şeyin üstündən sükutla keçib gedirik.

1987-ci ilin oktyabrında Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosundan… istefa verdi, 1990-cı ilin iyulunda Azərbaycana qayıtdı…

Bundan sonra həm Kreml, həm Siyasi Büro, həm də Moskvanı işğal edən ermənilər… sanki rahat nəfəs aldılar. Erməni ideoloqları Dağlıq Qarabağ istiqamətində yeni cəbhələr açdılar. Kremldə “Asala” erməni terror təşkilatının üzvləri göründülər. “Sokolov Kəşfiyyat Qrupu”nun üzvləri Kreml kitabxanasına, və yeməkxanaya soxulmuş “Asala” erməni terror qrupunun üç üzvünü; – Müdafiə Nazirliyinin Moskva alayından tərxis olunmuş mayor E.N.Şaginyanı, M.M.Muradyanı, Latviyada “Snayperçilər” kursunun müəllimi işləmiş L.Ş.İşxanyanı həbs etdi. (onların taleyi hələlik indiyədək məlum deyil.)

Heydər Əliyevin oxunmamış gündəlikləri yarımçıq qaldı.

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

(ardı var)

Share: