Pakistanda bir gündə ikinci məsciddə partlayış baş verib

Pakistanda bir gündə ikinci məsciddə partlayış baş verib.

Məlumata görə, partlayış cümə namazı zamanı olub. Ən azı iki nəfərin öldüyü, beş nəfərin yaralandığı bildirilir.

Məscidin damı uçub, 30-40 nəfər dağıntılar altında qalıb.

Qeyd edək ki, bu gün Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərində Məhəmməd Peyğəmbərin mövludu münasibəti ilə keçirilən tədbirə hazırlıq zamanı məscid yaxınlığında terror baş verib. Hadisə nəticəsində azı 52 nəfər ölüb, 130-dan çox insan yaralanıb.

Mənbə: İzvestiya

Share: