Beynəlxalq Kino Tənqidçiləri Federasiyası ilin filmini seçdi

Beynəlxalq Kino Tənqidçiləri Federasiyası tərəfindən ötən ilin ən yaxşı filmi seçilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Kino Tənqidçiləri Federasiyasının qərarı ilə ötən ilin ən yaxşı filmi görkəmli fin rejissoru Aki Kaurismakinin “Düşən yarpaqlar” filmi olub.

Qeyd edək ki, mükafat 1999-cu ildən bəri davam edən ənənəyə görə, sentyabrın 22-də San Sebastian Film Festivalının açılış gecəsi qala mərasimində Kaurismakiyə təqdim olunacaq .

Share: