Beynəlxalq Bankın şöbə müdiri ölkədən qaçarkən tutuldu

Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının “Yeni Gəncə” şöbəsinin müdiri Cəlil Əlizadə həbs olunub. O, ailəsi ilə birgə ölkədən qaçarkən sərhəddə saxlanılıb.
Məlumata görə, hadisə ötən gecə baş verib. Belə ki, bankın şöbə müdiri külli miqdarda vəsaiti ( Bir milyon manatdan artıq) mənimsəyib. Onun, hətta sərhədi keçdiyi, lakin sonradan saxlanılaraq geri qaytarıldığı bildirilir.
C. Əlizadənin, eyni zamanda banka qoyulan depozitləri oğurladığı, müxtəlif şəxslərin adına kreditlər rəsmiləşdirərək ələ keçirdiyi haqda məlumatlar var.
Hazırda Beynəlxalq Bankın rəhbərliyi Gəncəyə səfər edib. Məsələ ciddi şəkildə araşdırılır.
Bankdan hadisə ilə bağlı hələlik hər hansı bir rəsmi açıqlama vermək niyyətində olmadıqlarını qeyd ediblər.
Məlumat üçün bildirək ki, ABB-in Gəncə filialının müdiri iki ay əvvəl öz ərizəsi ilə işdən azad olunub.(Qafqazinfo)

Share: