BEŞ ŞİRVAN – Damət Salmanoğlunun yeni hekayəsi

Solmazın həyat yoldaşı rəhmətə getdikdən sonra beş qız övladının həm atalıq, həm analıq missiyasını öz üzərinə götürüb, halal zəhmətiylə böyüdürdü.

Dağ ətəyi kənlərinin birində yaşadıqları evin həyətyanı sahəsini və bir də dövlətin pay bölgüsündən ayırdığı bir neçə sotdan ibarət torpağının məhsulu ilə birtəhər övladlarının azuqəsini təmin edir, əldə etdiyi buğdanı dəyirmanda üyütdürüb qış ehtiyatını görər, arpanı isə toyuq-cücəsinin ehtiyacı üçün istifadə edərdi. Arpanın, buğdanın küləşini, otunu toplayıb həyətdə taya qoyardı ki, soyuq aylarda mal-qaranın yemi üçün korluq çəkməsin. Həyətyanı sahəsində isə ilin hər fəsli bir çox tərəvəz, göy-göyərti görmək olardı. Bazara, dükana çox nadir hallarda gedərdi. Ailəyə isə yeganə gəlir satdığı ağartı məhsulları və bir də, ev quşlarının hesabına gəlirdi. O pulu da çox qənaətlə istifadə edər, övladları üçün geyim və ərzaq məhsulları alardı.
Tək qadın olduğundan torpaqlarının əkin-biçini üçün hər il qonşu kənddə yaşayan Lətif kişini dəvət edər, zəhmət haqqısı üçün 3 “şirvan” pul verərdi. Lətif kişi də yaşının səksəni haqlamasına baxmayaraq işini qüsursuz görər, zəhmət haqqı müqavilində əkib-becərərdi. Lətif kişi tək yaşayırdı. Burda işləməkdən də demək olar ki, zövq alırdı ona görə ki, özünü tənha hiss etmirdi. Solmazın kiçik qızlarına alışıb öz nəvələri kimi bilir, demək olar ki, səhər tezdən gəlir hava qaralanda gedərdi öz kəndlərinə. Lətif kişinin gözünün ağ-qarası bir oğlu varıydı. Bakıda Ali məktəbi bitirəndən sonra şəhərli qızla evlənib, öz iş-gücünü qurub kefi kök paytaxtda yaşayırdı. Neçə illərdir atasına baş çəkmir, bəlkə də atasının varlığını unutmuşdu. Atası isə ömrü boyu öz yaxın rayonlarından başqa heç yana getməmişdi. Bəlkə də, Bakının yolunu belə tanımırdı.
Lətif kişi çox nurani kişiydi. Ağ bənizi, yaşıl gözləri, ağ bığları ona elə yaraşıq verirdi ki, insan istəyirdi onun çöhrəsinə hey tamaşa etsin.
Rüyada tarla görmek neye işaret eder? Rüyada tarlada çapa ...
Solmazın dördüncü qızı Adilə də, çox şirin, sarışın və sarışın saçlı qızdı. Kənardan baxanda mələyə bənzəyirdi.
Lətif kişi onu çox istəyirdi, bağlanmışdı bu şirin qıza.
Elə gün olurdu qocalıq özünü biruzə verirdi qolu, ayaqları ağrıyırdı, amma Adiləni görmək üçün o boyda yolu qət edib gəlirdi. Adilə də onu öz babası kimi çox istəyir, şirin söhbətlərindən, maraqlı nağıllarından doymazdı.
Solmaz maddi rejimini elə qurmuşdu ki, hər şey öz axarı ilə rahatlıqla gedirdi. Saxladığı toyuqların yumurtasını satar, ondan gələn pulu yığıb Lətif kişinin zəhmət haqqını ödəyərdi. Ağartıdan gələn pulu evin geyim əşyalarına sərf edərdi. Öz əliylə əkdiyi tərəvəzlərdən, göy-göyərtidən gələn pulu isə lazım olan ərzaqlara xərcləyirdi. Hərdən Lətif kişi:
-Solmaz, qızım, mən pula görə işləmirəm. Alışmışam sizin ailəyə, tək adamam mən, neynirəm pulu? Səhərdən axşamacan burda yeyib-içirəm bəs edər mənə.
Solmaz isə cavabında:
-Lətif baba, zəhmət haqqı kəsənlər öləndə cəhənnəmə gedir. Öz halal zəhmətinizin haqqıdır. Alın, tərddüd etməyin.
Adilə beçinci sinifdə oxuyurdu, pis də oxumurdu. Amma həmişə sıxılırdı sinif yoldaşları arasında. Solmaz uşaqlara heç vaxt pul verməzdi xərclik üçün. Özü kotlet, müxtəlif peçenyelər bişirib çantalarına qoyardı. Adilə həmişə anasından pul istəyəndə Solmaz gileylənərdi ki,
-Qızım sən bilirsən bizim artıq gəlirimiz yoxdu, nə varsa onu sizin pal-paltarıza xərcləyirəm ki, dost-düşman qarşısında başnnız aşağı olmasın.
Bir gün şeytan balaca Adilənin ağlını oğurladı. İstədi anasının pul çantasından xırda götürsün. Baxanda bir dənə el arasında “beş şirvan” kimi tanınan əlli minlik gördü. Ətrafına gizlincə baxdıqdan sonra tərəddüd etmədən o pulu götürdü. Bir neçə gün ərzində istədiyini alıb sinif yoldaşları ilə beş şirvanı xərcləyib qurtarır.
Bu hadisənin üstündən bir neçə gün keçdikdən sonra Solmaz çatışmayan ərzaqları almaq üçün dükana yollanır. Aldıqlarının pulunu ödəmək istəyir, pul çantasına baxanda boş görüb təəccüblənir. Həyacanla çantanın hər tərəfinə baxıb tapa bilməyəndə aldıqlarını borca yazdırıb gəlir evə.
Qızlarını başına yığıb soruşur:
-Kim mənim çantama girib ordan pul götürüb?
Qızlar hamısı təəccübü şəkildə:
-Yox, ana, götürməmişik heçnə. Amma, Adilənin yanaqları utandığından allanır, qorxusundan pulu götürdüyünü boynuna almır.
Solmaz fikirləşir əgər qızlar götürməyibsə onda Lətif kişi götürüb. Səhəri gün Lətif baba gələndə deyir:
-Ay Lətif baba, sən niyə mənim çantamdan beş şirvanı götürmüsən? Olan pulum elə o idi, bir-iki günə ayın axırı olacaqdı. Onun üç şirvanını sənə verəcəkdim.
Lətif kişi eşitdiklərinə inana bilmir, sanki dili tutulur. Lal kimi Solmazın gözünün içinə baxır. Bir kəlmə demədən yol alır öz kəndlərinə doğru.
Bu hadisə Adilənin gözlərinin önündə baş verirdiyi üçün özünə yer tapa bilmir, vicdan əzabı çəkməyə başlayır. Bütün gecəni düşünür ki, nə etsin. Anasına desin ki, mən götürüb xərcləmişəm, amma qorxu hissi ona güc gəlir. Fikirləşir anama desəm bütün kənd biləcək həm də döyəcək məni. İki gündən sonra səhər məktəbə gedəndə yol alır Lətif baba yaşadığı kəndə. Kənd uzaq olduğundan iki saatdan çox yol gəlib, nəhayət çatır kəndə. Camaatdan soruşa-soruşa gəlib tapır Lətif babanın evini. Həyət qapısını açıb daxil olur həyətə. Həyətdəki qızılgüllərin ətrini qoxlayıb maraqla baxırdı ki, bu dəmdə Lətif baba həyətə çıxıb Adiləni görür. Həyacanla soruşur:
-Ay qızım, burda nə gəzirsən? Nə olub? Təkmi gəlibsən?
-Hə, Lətif baba, tək gəlmişəm.
-Niyə tək gəldin, qızım, nə olub, bir hadisəmi baş verib?
-Yox, Lətif baba, heç bir hadisə baş verməyib,- deyib ağlamağa başladı.
-Ağlama, qızım, danış görüm nə olub axı?
-Lətif baba, o beş şirvanı mən götürüb xərcləmişəm. Anamda günah bilməyin ki, o sizi yalandan şərləyib..
Əslində Lətif kişi elə düşünmüşdü ki, Solmaz ona üç şirvanı verməməyə görə ona şər atıb. İndi Adilənin bu sözləri qarşısında özünü qınamağa başladı. Adiləyə qoşulub hönkürtüylə ağlamağa başlayır. Bir neçə dəqiqədən sonra qıza təskinlik verib deyir:
-Sən tez get evinizə demə ki, mənim yanıma gəlmisən.
Adilə qayıdır kəndlərinə. Bir az gec gəlib çatdığı üçün anası məzəmət edir. Bir-iki gün keçir Lətif kişi gəlir Solmazgilə və deyir:
-Ay Solmaz qızım, Allah şeytana lənət eləsin. O beş şirvanı mən götürmüşdüm. Al bu beş şirvanı, ölüm-itim dünyasıdır. İncimə məndən, bağışla məni.
Solmaz beş şirvanın üç şirvanını qaytarıb verir Lətif kişiyə.
-Alın, bu sizin zəhmət haqqınızdır. Allah bağışlasın..
Bir neçə gündən sonra Lətif baba Allahın rəhmətinə qovuşur. Bunu eşidən Adilə çox vicdan əzabı çəkir. Bir gün Lətif baba yuxusuna girib deyir.
-Qızım, hər kəs köç edəcək bu dünyadan. Sən də bu gündən belə alnı açıq yaşa və heç kimin qəlbinə toxunma…
İllər keçir, Solmaz kəndəki evini, torpağını satıb köçür Bakıya qızlarıynan birgə. O gün Adilənin iyirmi yeddi yaşı tamam olmuşdu. İllər sonra özündə cəsarət tapıb anasına deyir:
-Ana, sənə bir şeyi etiraf etmək istəyirəm.
-Nəyi, qızım?
-Beş şirvanı.
-Nə beş şirvan, ay qızım?
-O vaxtı yadındadı Lətif babaya dedin pulumu götürmüsən. Lətif baba da bir-iki gündən sonra gətirib verdi dedi mən götürmüşdüm.
-Hə, qızım, yadımdadır.
-O pulu mən götürüb xərcləmişdim. Daha sonra sən günahkar onu biləndə getmişdim Lətif babagilə və hadisəni danışmışdım. O da, dedi qoy elə bilsin ki, mən götürmüşəm və gətirib verdi sənə.
Solmaz bir kəlmə deyə bildi.
-İlahi, mən neynəmişəm?
28.10.2022
Share: