Benzema 7 dəqiqəyə het-trik etdi

İspaniya La Liqasında 27-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün “Real” öz meydanında “Valyadolid”lə qarşılaşıb. Madrid klubu rəqibinə darmadağınla qalib gəlib – 6:0.

“Real”ın kapitanı Kərim Benzema 7 dəqiqəyə 3 qol vuraraq qələbədə böyük pay sahibi olub.

“Real” – “Valyadolid” – 6:0

Qollar: Rodriqo, 22, Benzema, 29, 32, 36, Asensio, 73, Lukas, 90+1

Qeyd edək ki, “Real” bu nəticədən sonra 59 xalla 2-ci, “Valyadolid” 28 xalla 16-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 71 xalla “Barselona” başçılıq edir.


Share: