Ukraynada azərbaycanlı hərbçi həlak olub

Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi döyüşlərdə həlak olub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, 35 yaşlı zabit Novruzov Elvin İlqar oğlunun meyiti cəbhədə itkin düşəndən bir müddət sonra tapılıb.

Əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukrayna vətəndaşıdır.

O, Ukraynanın İvano Frankovsk vilayətinin Kaluş rayonunda yaşayıb.

Ailəlidir, 1 övladı var.

Share: