Nərimanova qarşı çıxanların ermənilərdən nə fərqi var?

Dünən axşam saatlarında Naxçıvan şəhərində yerləşən “Böyük bağ” ərazisində olan Nəriman Nərimanovun heykəli sökülüb. Millət vəkili, Xalq yazıçısı Sabir Rüstəmxanlı məsələ ilə bağlı öz sosial hesabında paylaşım edib:

“Nərimanovun Naxçıvandakı heykəlini sökdürənlər sabah da Bakıdakı heykəlinin sökülməsi məsələsini qaldıracaqlar. Nərimanov mürəkkəb tarixi şəraitdə, erməni-rus bolşeviklərinin əhatəsində Azərbaycanın mövqeyini kifayət qədər əzmkarlıqla qoruyub. Sovet dövründə kommunistlər uzun müddət onun adına yasaq qoydular. Heydər Əliyev vaxtında Bakıda Nərimanovun heykəli qoyulanda ermənilər Moskvaya yazırdılar ki, Azərbaycanda Nərimanovşina dövrü başlanıb. İndi Nərimanova qarşı çıxanların o kommunistlərdən və ermənilərdən nə fərqləri var?”

Share: