Belarus Polşa ilə sərhəd yaxınlığında hərbi təlimlər keçirib

Belarusun Brest hərbi poliqonunda haubitsa artilleriya batareyasının canlı atəşi ilə müşayiət olunan taktiki təlimlər keçirilib.

Poliqon Polşa ilə sərhəd yaxınlığında yerləşir.

Belarus Müdafiə Nazirliyinin məlumatına görə, ötən təlimlər əvvəlkilərdən onunla fərqlənir ki, hərbi qulluqçular batareyanın tərkibində deyil, taqımların daxilində fəaliyyət göstəriblər.

Təlim zamanı atıcı silahlardan atəş məşq edilib. Bundan əlavə, mövqe dəyişikliyi, komanda postları, sahədə yanacaq doldurma, kamuflyaj və təhlükəsizlik məsələləri işlənib.

Mənbə: vesti.ru

Share: