Polşa Avropada ən böyük quru qoşunlarını yaradır

Polşa Avropanın ən böyük quru qoşunlarını yaradır.

Məlumata görə, ölkə hakimiyyəti ÜDM-nin 4%-ni müdafiəyə xərcləmək niyyətindədir ki, bu da NATO-nun orta standartlarından iki dəfə çoxdur.

Bundan əlavə, Polşanın modernləşdirmə proqramına Cənubi Koreyadan 1000 tank və 48 ədəd FA-50 döyüş təyyarəsi, ABŞ-dən 250 tank, 600 ədəd özüyeriyən haubitsa, 18 ədəd HIMARS raket buraxılış qurğusu, 288 reaktiv yaylım atəş sistemi (MLRS) və həmçinin 96 ədəd AH-64E Apache helikopterinin alınması daxildir.

Bildirilir ki, ümumilikdə Polşa 2035-ci ilə qədər 117 milyard dollardan çox dəyərində silah tədarükü üçün sifarişlər verib, halbuki 2023-cü il üçün müdafiə büdcəsi maksimum 26 milyard dollardır.

Bundan başqa, Polşa ordunun sayını iki dəfə artırmaq və 300 minə çatdırmaq niyyətindədir.

Mənbə: gazeta.ru

Share: