PSJ son dəqiqə qolu ilə qələbə qazandı – VİDEO

Fransa Liqa 1-də XXVII tur davam edir.

Oxu.Az xəbər verir ki, lider PSJ səfərdə “Brest”lə qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 37-ci dəqiqədə Soler açıb. Honorat 43-cü dəqiqədə bərabərlik qolunu vurub.

Matçın taleyini isə Mbappenin 90-cı dəqiqədə vurduğu qol həll edib. Fransız hücumçu Messinin ötürməsindən sonra dəqiq oynayıb.

Share: