Bakıda gənc oğlanı avtomobil vurdu

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Cəsur Mehman oğlu Fərmanzadəni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Share: