Bakıda növbəti beynəlxalq oyun festivalı-Gamesummit keçiriləcək

 

Bakıda 9 dekabr 2023-cü ildə Flame Towers-dəki Fairmont otelində “Gamesummit Winter” əyləncəli beynəlxalq oyun festivalı təşkil olunacaq.
Bu ilin yayında baş tutan festival çox maraqla qarşılandığına, 3 mindən çox iştirakçını, 70-dən çox şirkət, təşkilat və sponsorları cəlb etdiyinə görə, təşkilatçılar tərəfindən qərara alınıb ki, oyun sammiti şəhərimizin həyatında daimi və ənənəvi olaraq keçirilsin.

Qış mərhələsində kompüter oyunları, anime və geek mədəniyyətinin bütün həvəskarları üçün daha çox oyun, cosplay, musiqi və əyləncə nəzərdə tutulub. Ziyarətçilər və iştirakçılar üçün onlarla hədiyyələr hazırlamış sponsorların da çoxalacaq.

Yay tədbirindən fərqli olaraq, sammit çərçivəsində ilk dəfə olaraq yerli oyun tərtibatçıları üçün müsabiqə, eləcə də dünya üzrə məşhur kompüter oyunlarının tərtibatçıları və dizaynerlərinin çıxış edəcəyi işgüzar konfrans keçiriləcək.

Ənənəvi olaraq oyun çempionatları, cosplay müsabiqəsi, K-Pop çıxışları, VR zonası yeni oyunlar təqdim edəcək və nəhayət, oyunlar, anime və komikslərlə bağlı müxtəlif suvenirlər və aksessuarlar almaq imkanı olacaq.

Bu Yeni il şənliyinin bir hissəsi olmaq şansını qaçırmayın!

Biletləri rəsmi internet saytından əldə etmək olar:
https://iticket.az/ru/events/other/game-summit-winter-2023/103070

Tədbir haqqında ətraflı məlumat:
https://www.instagram.com/gamesummitai
https://t.me/GameSummit

Share: