Kazım Əziz: Hz. Mehdi olduğumu cəsarətlə bəyan edərək sübut etməyə hazıram

Adı Kazım, soyadı Əzizovdir. Sosial şəbəkədə aktivdir. Özünün təbliğatı ilə məşğuldur. Nəsil şəcərəsinin H. Peyğəmbərimizin soyundan olduğunu iddia edir. Deyir, müsəlmanların yüz illərdir yolunu gözlədiklərə axır-zaman imamızdır.  Çox iddialı və israrlıdır bu fikrində. Kimin başına bədbəxt bir hadisə gəlirsə, mənə şəkk etdiklərinə görə bu ağrını çəkdi, – deyir.

Özünü Mehdi Sahibi əz Zaman adlandıran Kazımla onun Rusiya səfərindən sonra görüşüb söhbət etdik:

Kazım, nə var nə yox? Deyəsən yaxınlarda Rusiyanın bir çox şəhərlərində və paytaxt Moskvada olmusan, xeyir idimi bu səfər?

– Rəhman və Rəhim Allahın adıyla! Allahın salamı olsun sizə, oxucularınıza və əməkdaşlarınıza! Əlhəmdülillah, salamatçılıqdı! Allah deyib, durmuşam! Bir-çox yox, Moskva və Oryol şəhərlərində oldum. Moskvaya əsas Prezident Putinlə görüş üçün getmişdim. Görüşü təşkil edəcək şəxs istirahətdə idi. Baş nazirin müavini Azər Talıbovun köməkçisi ilə görüşdüm. Putinlə görüşdürəcək şəxsin isə dəvətini hələ də gözləyirəm. Oryolda isə sadəcə 2 qəzetə müsahibə verdim.

– Bu haqda bir az sonra bəhs edərik. Kazlm, sənin yadındadırsa bir neçə il qabaq səninlə bir müsahibə etdik, böyük əks sədası oldu həmin söhbətin, bir qədər də məşhurlaşdın. Sən həmin müsahibə də özünü axrıncı İmamımız İmam Sahib-əz  Zamana bənzətdin, dedin ki, bədənində müsəlmanların hələ də yolunu gözdiyi Sahib əz Zamanın nişanələri var. Yenə də o fikirdəsən?

– Əlbət ki, yadımdadır, onu heç unutmaq olar? Təşəkkür edirəm sizə və sizin kimi vətənpərvər , cəsarətli və ədalətli jurnalistlərə! qaldı sualının ikinci hissəsinə, mən nə saxtakar Adnan Oktar deyiləm, nə də yuxuda gördüm imamam, deyən şizofrenlərdənəm. 20 ildir ki, mənə işarə gəlib ki, mən kiməm. Nəşriyyatda əksər jurnalistlər məni tanıyır, mərdi mərdanə dediyim sözümün ağasıyam. Çünki bədənimdə, xarakterimdə, zahiri görnüşümdə, batilimdə olan 300- dən çox əlamətlərimlə, həm bütün hədislərlə, həm də 30-dan çox qədimi dini, elmi, fəlsəfi kitablarla sübut etməyə hazıram ki, mən O müqəddəs adamam. Mən dünyanın heç bir prezidentindən zərrə qədər çəkinmədən hər birinə hz. Mehdi olduğumu cəsarətlə bəyan edərək sübut etməyə hazıram. Çünki, mən Allaha güvənirəm, Allah mənimlədir

– Axı sənin bu iddian heç kəsə inandırıcı gəlmədi

– Bu ancaq addımbaşı yalan danışan, düşüncəsiz, imana kamil olmayan , savadsız, cahil və çox günahlar etmiş kəslərə inadırıcı gələ bilməz. Ağıllı, səviyyəli, düşüncəli, doğru, dürüst insanlar dərk edirki, bu qədər də təsadüf ola bilməz axı. Deyirlər bizim niyə bədənimizdə 32 nişanədən 5-i, ya 6-sı, onda isə 300-dən çox əlamətlər düz gəlir? Deyirlər, niyə o 300-dən artıq əlamətlərin heç olmasa 20-si, ya 30-u onlara uyğun gəlmir? Hər kəs istəsə, fb profilində “Kardeş kardeş” yazsa İstanbullu bir türk qardaşdan soruşa bilər. O qardaş mənim həyatımı və taleyimin görünməyən bütün tərəflərini bilir. Ona dedim: Sirrlərimi nədən bildin? Deyir: Yuxuda mənə səni göstərib dedilər ki, gözlədiyiniz hz. Mehdi budur və sənin şəklini görcək tanıdım əsalarından və saqqalından.
-Kazım, bəlkə o qardaş dediyin səninlə məzələnirmiş. Əstəğfurulla, indi sən demək istəyirsən ki, Zamanın sahibi olana imamızın əsası və saqqalı səninki kimi idi?

– Yox, bunu o türk dedi, mən özüm çox şeyləri demirəm, sadəcə mən zühur etmişəm və bunu dərk etmək gərəkdir. O isə məzələnmirdi, haqqa tapınmışdı, haqqı deyirdi…

– Kazım, bax sən iddiasında olduğun Zamanın sahibisənsə niyə bir idarə müdürü, komitə sədri, nazir, lap elə JEK müdürü və sairə ilə görüşə bilmirsən ki, problemlərini çözəsən?  
– Nə danışırsan? Bakı və Oryol şəhərinin meri, Rusiya dumasının üzvü, LDP-nın sədri Jirinovski və onlarca yüksək vəzifəli məhşur insanlar üzr istəmişlər məndən. Sabiq baş nazirimiz Artur Rəsizadə, Türkiyənin sabiq prezidenti Sezar, Qazaxıstan prezidenti Nazarbayev və Roma Papası kimi şəxslər özlərindən asılı olmayaraq qeyri -ixtiyari qarşımda baş endirmişlər. Tatlısəs məndən avtoqraf istəmişdi “sən böyük adamsan, Allah adamısan , sən ver ya”, – deyərək. Məni qəbuı etməyən bütün yüksək vəzifəli kəslər həbsxanalarda, istefalardadır. Bəziləri isə  Allahın qəzəbinə gələrək sağalmaz xəstəliklərdən və digər səbələrdən o dünyalıq olmuşlar. Fuad Ələsgərov da, Kəmaləddin Heydərov da , Zakir Qaralov da , Mədət Quliyev də məni qəbul edib bir çox problemlərimə dəstək olmuşlar. Ramil Usubov, məni Qırızıstan prezidenti Əsgər Akayevə yaxınlaşmaq istədikdə kənarlaşdıran polkovnikin üstünə qışqırıb, dedi kömək elə ona, qoy elə burada əyləşsin, – demişdi. Bir dəfə də ona yaxınlaşmaq istəyəndə yoxuş olduğu üçün, dedi sən zəhmət çəkmə, mən özüm sənə yaxınlaşaram, dedi və kişi kimi özü gəldi görüşdü mənimlə. Bəylər Əyyubovumu deyim, Oktay Əsədovumu deyim, Novruz Məmmədovumu deyim, kimin adını çəkim ki, inanasan ki, onlarla dəfələrlə səmimi görüşlərimiz olub. Elə bu səbəblərdi ki, Allah bu hakimiyyəti devirmir hələ ki, tək bircə qəzəbim yetərlidir ki, bu hakimiyyət bütün ətraf ölkələr kimi devrilsin .

– Bəs, ay Kazım, birdən reski hirs səni boğdu, qəzəbin tutdu adını çəkdiyin məmurlara, onda bir “Ali mələk u” edib ölkəmizi kifdan-kuf edəcəksən? Bəs bu xalq, bəs bu yetim-yesir gündə qalan insanlarımız, bəs Prezidentimiz necə olsun?

– Mənim Vətənə qəzəbim tutmaz, heç Prezidentə də… Amma nə edim, mənim də əsəblərim daşdan deyil ki… Xalqa da görə dövlətlə işim olmaz, amma o qudurmuş məmurlara yerini göstərərəm.

– Qudurmuş deyəndə hansı məmurları nəzərdə tutursan? Axı adını çəkdiklərin sənin xətrinə dəyməyib… bir də ki sən ki bu qədər vətənpərvərsən, de Ermənistanı “kuftan-kuf” etməzsən, bəs?

– Yox, onları demirəm, amma birdən cayıb eləyəni olar da… o Kİ qaldı Ermənistana, niyə etmərəm, elə edirəm də… Bu boyda hay-küyü görmədin bəs? Paşinyanı bəs nə məcbur edir ki, özündən qabaq hakimiyyətdə olanları həbs edir? Zəhmətimə dəyər verilmir ki…

– Moskvada deyirlər Medvedevlə görüşmək istəmisən, səni qəbul etməyib, bu düzdür?

– Xeyir, bayaq dedim axı, elə bir cəhd də olmayıb, heç bu haqda fikrləşməmşəm də… Onun müavini Azər Talıbovla istəmişəm görüşəm, amma o da məzuniyyətdə olub o vaxt.

– Görüşsəydin ondan nə xahiş edərdin?
– Görüşsəydim ondan yalnız məni Putinlə görüşdürməsini istərdim, deyərdim Putinə de Rusiya Prezidentinin simvolu mənim ayağımda həkk olunub, gerbinin üstündəki, qartalın rəmzi işarələri isə sağ qolumdadır. Hansıki Nostradamus da yazmış bu barədə. Bir də deyərdim desinki, Amerika və Avropaya qarşı ayaqda durmasın. Niyə? Türkiyənin gününə düşməməsi üçün. Bilirsən, mən ona çox lazımam. Əvəzində isə Putindən Qarabağı istəyəcəm.

-Kazım, sən bizim sahibi zamanımız kimi zühur etmisənsə, niyə Rusiyanın simvolu ayaqlarına əks olunub? Son vaxtlar Ərdoğanla da bağlı açıqlamaların yer alır, nə məsələdir?

– Mən zamanın zahimi hz. Mehdiyəm, sizin yox… Bir də bilirsən, Allah tərəfindən Putindən çox Ərdoğanla bağlılığım var. Geniş izahını fb profilimdən izləyə bilərsiz. 2013- də onunla 2 dəfə ötəri qısa görüşüm oldu , kimliyimi bəyan etməyə telekanallar, qəzetəçilər girdilər araya, imkan vermədilər. Türkiyə iqtisadiyyatının çökməsi isə keçən ilin noyabrında Bakıdakı səfiri Erkanla görüşümdə Ərdoğanla görüşdürməsini xahiş etdim, sadəcə məktubumu verəcəyinə söz verməsi və Ərdoğanın baş müşaviri Yalçın Topçunun məktubumu ona çatdırmaması kimi səbələrlə birbaşa bağlıdır.

– Kazım, niyə belə edirsən, bir məktub çatmayıb deyə, sən o boyda ölkəni niyə iflic vəziyyətdə saxladın ki?

– Çünki, əlimdə bunu deməyə və nə üçün etdiyimə görə çoxlu əsaslar var. Belə ki, 2016-cı ilin dekabrında mənim Ərdoğanla görüşümə əngəl olandan sonra Kayseri və İstanbulda dəhşətli terror hadisələri baş verdi. 50 dən çox polis və hərbiçi şəhid oldu . Çünki,  70 şəhərdən təkcə o 2 şəhərdə oldum və məni meydanlarda geri itələdilər , görüşə imkan vermədilər, nə qədər bağırıb çığırdımsa, belə. Ankara, İzmir və Karsda da çoxlu 100 illik həsrətli qohum-əqrabalarım vardı, 23 gündə heç birinə gedə bilmədim. Nənəm Amasiyaya Qarsdan gəlin köçmüş .

70 şəhərdən Karsa dəmiryolu və o zamankı Qars müqaviləsi, adaşım Qara Bəkir Kazım Paşanın da (qərbi Azərbaycanın xilaskar qəhrəmanı) Qarsdan olması , Abdul Zizlə Abdul Hamid Paşaların dədə babamın adları ilə eynilikləri, türkdən doğulan qərib oğlum kimi çox sayda işarələr təsadüf ola bilməz .

– Bizim ölkəmizin durumu haqda danış, benzinin qiymətini aşağa saldıra bilərsən? Dua oxumaqla… həm də . de, ümumiyyətlə Respublikamızın işıqlı sabahını necə görürsən? Elə Mingəçevir SES sı vasitəsi ilə? Bir də oxucularımıza son sözün…


Belə durumda,  belə duanı Allah qəbul etməz , çünki xalq məni inkar edir. Xalq hələ bir gözünü silib, könlünü tox edib, məni yaxşı tanımalıdır. Gələcəkdə isə dünyaya çıxan kimi hətta benzini pulsuz da edə bilərəm, yetərki öz məqamıma çatam.

Bax elə bir çox problemlərim həllini tapmadığı üçün Rusiyaya üz tutmuşdumki, hakimiyyətə xəbərdarlıq kimi partlayış oldu, ölkə qaranlığa büründü , sosial yardım 9 ay oldukiv  almıram, həyat yoldaşıma şəxsiyyət vəsiqəsi vətəndaşlığa görə vermirlər, torpağımın sənədini get-gələ salırlar, rüşvət istəyirlər, imkanım yoxdur, ala bilmirəm. Və bir çox problemləri bütün kasıb ailələr yaşadığı kimi Allah mənə də yaşadır ki, zamanı gələndə o problemlərin həllini unutmayım.

Oxuculara isə son söz olaraq deyərdimki, 12-ci imam olduğumu 12 qazım, 12 toyuğum, 12 qoyunum, evimin damındakı 12 göyərçin və yüzlərlə qəqəmsal hesablamarımla bildirdiyim halda , bax elə sənin suallarının sayının 12 olması da bir faktdır. Deyərdimki yotubedə Kazım Eziz, və Kazım Əziz yazıb bütün nişanələrim və əlamətlərimi hədislərlə tutuşdursunlar və əmin olsunlar ki O, elə mənəm. Təkcə şiə hədisləri ilə kifayətlənməyib bütün sünnə hədislərini də izləsinlər . Hz. Mehdi arapca bilmez yazsalar əmin olarlarki, ərəbi bilməyən deməli ərəb ölkələrində yaşamır. Mehdi kafkasiyadan gelecek , Mehdi adımların dışarı atar, Mehdini halk inkar edeceək kimi videoları dinləyib, hədisdəki Xəzra adasında məskunlaşmış ifadəsini də araşdırsınlar və səbrli olsunlar. Allah hər şeyi uzun imtahanlardan sonra öz yoluna qoyacaq. Bütün dünya Azərbaycana qibtə edəcək və hesablaşacaqlar bizimlə.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

Share: