Bakıda İslamofobiya ilə mübarizə mövzusunda beynəlxalq elmi konfransın ikinci günündə Kommünike qəbul edilib

Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusundakı beynəlxalq elmi konfransın iştirakçıları Kommünike qəbul ediblər.

xəbər verir ki, Kommünike mətnini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.

Kommünikedə iki günün xülasəsi, müzakirələrin mövzusu və digər bu kimi məsələlər öz əksini tapıb.

Kommünikeyə əsasən, iştirakçılar Avropada islamofobiya konteksində olan problemlərin genişlənməkdə olduğu fikrini dəstəkləyir.

***

10.10

Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfransın ikinci günü başlayıb.

xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilən konfransın ikinci günündə ayrı-ayrı panel müzakirələr nəzərdə tutulub.

Qeyd edək ki, konfransda dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edir.

Müzakirələrdə mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri, dövlət rəsmiləri və diplomatlar yer alır.

Share: