Bakıda binada yanğın — 8 nəfər təxliyə olundu

Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğın olub.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 90 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, mətbəxində 1 ədəd aspirator və mətbəx mebeli 3 p.m yanıb.

Yüksək temperaturdan dəhlizin və mətbəxin lambirdən ibarət tavan 15 m² sahədə qarsalanıb.

Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Share: