BAKIDA 6 ÖLKƏDƏN 33 QADIN BEYNƏLXALQ “ALTIN QADIN” MÜKAFATI ALDI

 

Türk Dünyası Qadın Platforması istedadı, zəhmətsevərliyi, vətənpərvərliyi, nüfuzu ilə seçilən, digərləri üçün rol-model olmağı bacaran və ilhamverici həyat hekayəsi olan 33 qadına Bakıda beynəlxalq “Altın Kadın” mükafatını təqdim edib.

Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı zəfərin ildönümü münasibəti ilə keçirilən tədbirdə türkiyəli millət vəkilləri Mihrimah Belma Satır, Aylin Cesur, Emine Sare Aydın, Asuman Erdoğan, Şimali Kipr Türk Respublikasının Bakı Elçisi Ufuk Arca Turganer, Ombudsman Səbinə Əliyeva, azərbaycanlı millət vəkilləri Hicran Hüseynova, Jalə Əliyeva, Ülviyyə Həmzəyeva, Kamilə Əliyeva, Qənirə Paşayeva, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKAP təsisçisi Mehriban Əlişanova, Baş katib Ülviyyə Abdullayeva, Özbəkistan İnnovativ İnkişaf Nazirliyinin Baş Elmi Katibi Naiboxon Mamadalieva, olimpiya çempionu Zemfira Məftahətdinova, xanəndə Fərqanə Qasımova, APA Groupun təsisçisi Vüsalə Mahirqızı, teleaparıcı İlhamiyyə Rza, modelyer Fəxriyyə Xələfova, ASQB-nin sədri Zemfira Ağayeva, “Yaşat” Fondunun Himayədarlar Şurasının üzvü Sevinc Orucova, AKQA sədri Gülbəniz Qənbərova və digərləri mükafata layiq görülüblər.
TÜRKAP-ın təsisçisi İlhamə Novruzova qeyd edib ki, xanımların məhz öz sferasından olan, həmkarları sayılan bəylər tərəfindən təltif olunmaları cəmiyyətdə gender balansının qorunmasını, imkanların bərabərliyini simvolizə edən jestdir. Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli, millət vəkilləri Ramil Həsən, Hikmət Babaoğlu, Məzahir Əfəndiyev, İlham Məmmədov, Arzu Nağıyev, Vüqar İskəndərov, Emin Hacıyev, Müşfiq Məmmədov, AMEA-nın müxbir üzvü Misir Mərdanov, xalq artisti Alim Qasımov, Mətbuat Şurasının sədri Rəşad Məcid, xanəndə qazi Məbud Əhmədov və digərləri bu özəl gündə möcüzə yaradan “Altın Kadın”ları tək buraxmadılar. Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırıma ünvanlanan xüsusi təşəkkür plaketi Şuranın üzvü Həsən Həsənova təqdim olundu.
Möcüzə yağları isə “Qadın Dostu Marka” mükafatını aldı. Mükafata “Möcüzə” yağı, AYSMED Klinikası, Zühre Ana qida əlavələri, Bəh-Bəh Co, Space TV, ASAN Radio, APA Group, Azxeber.com portalı dəstək veriblər.

Arayış: TÜRKAP-Türk Dünyası Qadın Platforması 6 türkdilli ölkənin qadın fəallarının iştirakı ilə 2018–ci ilin 5 sentyabrında təsis olunan beynəlxalq qurumdur. Qurucuları İlhamə Novruzova, Zaid Nəhmətov, Mehriban Əlişanova olan qurumun təsis forumuna Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Şimali Kİpr Türk Respublikası və Qırğızıstandan olan 35 nəfər dövlət rəsmisi, millət vəkilləri, öz ölkəsində tanınan ictimai təşkilat rəhbərləri, alimlər və media mənsubları qatılaraq, aralarında Birgə Fəaliyyət Protokolu imzalayıblar…

Müstəqil.az

Share: