Bakı şəhəri İ.Məmmədov adına 298 nömrəli tam orta məktəbdə Novruz şənliyi

Milli mənəvi dəyərləri daima diqqət mərkəzində saxlayan, ona xüsusi dəyər verən və qayğı ilə yanaşan,ayrı-aryı dövlət proqramları,əmr və sərəncamlarla qorunması və təbliğ olunmasını  vacib bilən, maddi və mənəvi dəyərləri kənar təsir ,hücum və mənimsəmələrdən qorumaq üçün onların UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınmasına çalışan və nail olan  dövlətimiz Novruz bayramına da  daima xüsusi həssaslıqla yanaşmışdır. Bu bayramın ümümxalq bayramı kimi dövlət səviyyısində qeyd olunması və təbliği bu həssaslığın göstəricisidir.

Dövlət proqramlarının davamı kimi BŞTİ-nin 01.03.2022 -ci il tarixli F-85 nömrəli əmri də  Novruz bayramına həsr olunmuşdur. Məktəblərdə də bu əmrə uyğun fəaliyyət və tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir.

Müstəqil.Az-ın əldə etdiyi məlumata görə Bakı şəhəri İ.Məmmədov adına 298 nömrəli tam orta məktəbdə  də BŞTİ-nin 01.03.2022 -ci il tarixli F-85 nömrəli əmrinə əsasən tədbirlər planı hazırlanmış və tədbirlər planının hər bəndinə  müvafiq işlər görülmüşdür.

05.03.2022-ci il tarixindən  həmin tədbirlər planının icrasına start verildi. Məktəbin 5A  sinif şagirdlərinin iştirakı və sinif rəhbəri Sahibə Vəlizadənin təşkilatçılığı ilə məktəbin həyətyanı sahəsində Novruz ab-havalı çiçəkəkmə aksiyası baş tutdu. Şagirdlər gətirdikləri çiçəkləri əkdilər və onlara ilkin qulluq göstərdilər.

9 mart 2022 – ci il tarixdə isə məktəbin kitabxana müdiri Rəhmanova Elmiranın təşkilatçılığı ilə  “ Novruz bayramı bədii ədəbiyyatda ” adlı tədbir keçirildi . Tədbirin əvvəlində  xalqımızın adət-ənənələrinin  əks olunduğu kitab vəjurnallardan  ibarət guşə şagirdlərə təqdim olundu və   E.Həmidova  şagirdlərə Novruz bayramının bədii ədəbiyyatda əks olunması ilə bağlı məlumat verdi.  Daha sonra kitabxananın balaca oxucuları hazırladıqları       ” Novruz ” kompozisiyasını təqdim etdilər.

Tədbirin sonunda məktəbin direktoru Xatirə Hacıyeva və direktor müavini Xatirə Rəhimova iştirakçılarla Novruz bayramı haqda  öz fikirlərini bölüşdülər və adət – ənənələrimizin təbliğində belə tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar.

12 mart 2022 – ci il tarixdə məktəbin rus dili müəllimi Fətəliyeva Aytənin təşkilatçılığı ilə  Novruz adətləri mövzusunda dəyirmi masa təşkil olundu.

Dəyirmi masa zamanı şagirdlər  müxtəlif xalqların Novruz adətləri  haqqında məlumat verdilər , fikir mübadiləsi apardılar və adətlərimizdən ibarət kompozisiya təqdim etdilər.

12 mart 2022 – ci il tarixində gerçəkləşən tədbirlərdən biri də məktəbin ingilis dili müəllimi Nəzərova Sevinc və informatika müəllimi Məcidova Sevincin   təşkilatçılığı ilə  “Novruz bayramı və mətbəx mədəniyyətimiz ” adlı kulinariya guşəsinin açılışı oldu .

Şagirdlər  Novruz bayramında süfrələrimizi bəzəyən milli mətbəximiz barədə geniş məlumat verdilər.

14 mart 2022 – ci il tarixdə məktəbin UBTR Arzu Əliyeva məktəbdaxili müsabiqəyə təqdim olunmuş, Novruz rəngarəngliyini özündə əks etdirən, bahar ətirli divar qəzetlərindən və milli dəyərlərimizlə, bayram atributlarımızla göz oxşayan rəsmlərdən ibarət sərgini təqdim etdi.

 

Sərgi həm şagirdlərin, həm müəllimlərin marağına səbəb oldu. Uşaqlar gün boyu həvəslə hazırladıqları qəzetləri oxudular, rəsmlərə baxdılar. Sonda 3 divar qəzeti, 3 rəsm nümunəsi diploma, 2 divar qəzeti, 2 rəsm nümunəsi isə sertifikata layiq görüldü. Qaliblərin mükafatlandırılması 19.03.2022 – ci il tarixdə keçiriləcək  Ümumməktəb festifalına  planlaşdırıldı.

Tədbirlər planına əsasən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Babayeva Tünzalə və Məmmədova Elnurənin təşkilatçılığı,6-cı siniflərin iştirakı ilə 16.03.2022-ci il tarixdə Novruz ab-havalı intellektual oyun keçirildi. Novruz adət – ənənələri ilə bəzədilmiş oyun meydançasında 4 komanda yarışdı.

Şagirdlərin oyuna rəqslərlə daxil olması , yarışmanın ”  Haxışta ” ilə başlaması hər kəsdə ruh yüksəkliyi yaratdı. Tədbirin sonunda qalib komanda 6B sinfinin “Tonqal” komandası oldu.

Tədbirlər planına əsasən məktəbin ingilis dili müəllimlərinin təşəbbüsü ilə 17.03.2022-ci il tarixdə Novruz bayramının keçirildiyi digər ölkələrin adət-ənənələri, o cümlədən Novruz adətləri barədə məktəblilərin məlumatlandırılması məqsədi ilə tədbir keçirildi .

Novruz adət – ənənələrinə uyğun bəzədilmiş səhnədə şagirdlər ingilis dilində çıxışlar etdilər , şeirlər söylədilər . Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyovun  “Arşın mal alan” operettasından Vəli və Tellinin dueti , “Tərəkəmə”, “Yallı” rəqsləri tədbirə xüsusi rəng qatdı. Sonda məktəbin direktoru çıxış edərək öz arzularını bildirdi və tədbirin təşkilatçılarına təşəkkür etdi.

17.03.2022 – ci il tarixində ingilis dili müəllimi Sahilə Aslanova

5A sinfində Novruz bayramı mövzusunda xüsusi dərs təşkil etdi. Dərs zamanı videoçarx nümayiş olundu. Novruz adətləri haqqında tapşırıqlar işləndi. Şagirdlər divar qəzetləri  hazırladılar.

Dərsin sonunda şagirdlərin əldə etdikləri nəticələr QS əsasında qiymətləndirildi.

Həmin tarixdə məktəbin ibtidai sinif müəllimi Nərgiz Dadaşova isə 2B  sinfində  “Novruz bayramı” mövzusunda əyləncəli dərs  təşkil etdi.

Dərs zamanı ilk olaraq həftənin gününə,  ilin fəsillərinə aid suallar qoyuldu. Daha sonra yaz fəslində qeyd olunan bayramlar haqqında, eləcə də Novruz zamanı icra olunan fəaliyyətlər haqqında suallar cavablandırıldı.

Mətnin abzasları Novruz çərşənbələrinin adı ilə adlandırıldı.

Qruplarda müxtəlif tapşırıqlar icra olundu. Krossvordlar işləndi, Novruz adət-ənənələri təhlil edildi. Dərsin maraqlı məqamı isə qızların bayram haxıştası ifa etmələri, uşaqların yumurta döyüşməsi oldu.

Dərsin sonunda şagirdlərin əldə etdikləri nəticələr QS əsasında qiymətləndirildi.

17.03.2022-ci il tarixdə keçirilən növbəti tədbir öz əhatəliliyi ilə seçilirdi. Bu tədbir məktəbin tarix müəllimi Nuriyyə Qurvanovanın  təşəbbüsü, 5B sinfinin iştirakı ilə  təşkil olunmuş ” Nə gözəlsən, mənim  Şuşam ” adlı  sərgi – tədbir idi.

İlk öncə şagirdlərin Şuşa ilinə həsr olunmuş əl işlərinə baxış keçirildi. Daha sonra onlar hazırladıqları bədii kompozisiyanı təqdim etdilər

18.03.2022-ci il tarixdə məktəbin informatika lobarantı Aytən Qurbanovanın təşəbbüsü ilə məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olundu. Sərgidə bir-birindən maraqlı əl işləri nümayiş olundu. Məktəb rəhbərliyi, müəllimlər sərgiyə baxış keçirdilər. Maraqlı əl işləri seçilib məktəb fondunda saxlanıldı.

18.03.2022-ci il tarixdə keçirilən növbəti tədbir məktəbin biologiya müəllimi Quliyeva Rayifənin təşəbbüsü və təşkilatçılığı ilə keçirildi.  “Ekologiya və sağlamlıq” mövzusunda keçirilən bu tədbir xüsusi marağa səbəb oldu.Azərbaycan Dövlət Himni ilə açılan tədbirdə şagirdlər ekologiya ilə bağlı təqdimatları nümayiş etdirdilər. Geniş araşdırmanın təqdimatı  kimi düşünülmüş tədbirdə   mövzuya uyğun səhnəciklər , rəqslər də nümayiş olundu. Tədbirin əvvəlində məktəbin ibtidai sinif şagirdlərinin növbə ilə sərgiyə baxışı təşkil olundu. Uşaqlara ekologiya ilə bağlı suallar verildi , qaliblər kiçik hədiyyələrlə təltif olundu .

18.03.2022-ci il tarixdə keçirilən başqa bir  tədbir də məktəbin fiziki tərbiyə müəllimi Emin Qurbanovun  təşəbbüsü ilə məktəblilər arasında xalq oyunlarımızdan olan ” Yaylıq atma ” və ” Bənövşə ” oyunları oynanıldı.

Bildiyimuz kimi ” Yaylıq atma “( başqa adı “Dəsmal aldı- qaç”)  Azərbaycanda  ən çox yazqabağı (bayramqabağı) günlərdə  əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunların- dan    biridir.Məktəbimizin şagirdləri də bir qədər bu oyunu müasirləşdirərək layihə çərçivəsində həvəslə oynadılar. Digər təşkil olunan oyun isə “Bənövşə” oyunu  oldu. Bu oyun da əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür.Şagirdlərimiz  bu oyunu da həvəslə oynadılar.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,AYB-nin üzvü,Prezident təqaüdçüsü Xatirə Rəhimbəylinin “Novruz gəlib,xoş gəlib…”adlı məqaləsi də görülmüş işlərdən sayla bilər.Məqalə müxtəlif saytlarda və “Ədalət” qəzetində dərc olundu.

Nəhayət 19.03.2022-ci il tarixində məktəbdə layİhənin yekunu olaraq ümumməktəb tədbiri təşkil edildi. Tədbir ibtidai sinif müəllimləri Leyla Həsənova və Mehribanın Salmanovanın  təşkilatçılığı, 4A və 4C siniflərinin iştirakı ilə baş tutdu.

Əsl bayram ab-havasında rəngarəng musiqi nömrələri, rəqs nümunələri, şeirlər , səhnəciklər əsasında hazırlanmış tədbir bütün qonaqlara xoş təsir bağışladı. Milli bayramımızın rəmzləri olan Kosa və Keçəl, Bahar qızı tədbirə xüsusi gözəllik qatdı.

Sonda məktəbin direktoru təbrik nitqi söylədi,bütün kollektivi bayram münasibəti ilə təbrik  etdi.

Daha sonra məktəbin həyətində bayram tonqalı yandırıldı.Musiqi dərnəyinin rəhbəri Sevinc İmanovanın təşkilatçılığı ilə  dərnək üzvləri,digər şagirdlər və  müəllimlər tonqal ətrafında yallı getdilər.

“Bahar çələngi” layihəsi məktəbdə mükəmməl şəkildə icra olundu. Bu layihənin icrası şagirdlərdə milli – mənəvi dəyərlərimizə sahib çıxmağa, onları sevməyə, adət – ənələrimizi qoruyub gələcək nəsillərə ötürməyimizə düşünülmüş bir fəaliyyət kimi hələ uzun illər davam edəcək.

Onu da qeyd edək ki,keçirilmiş bütün tədbirlət sosial şəbəkələrdə,xüsusilə Məktəb saytı,Facebook səhifəsində ardıcıl olaraq işıqlandırılmışdır.

Müstəqil.Az

Share: