“21 Mart – Beynəlxalq Poeziya Günü”nə həsr olunmuş “Gəlin şeirdən danışaq” adlı tədbir

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi, S. Vurğun adına Mərkəzi kitabxana, N. Gəncəvi adına Kitabxana K lubun birgə təşkilatçılığı ilə “21 Mart – Beynəlxalq Poeziya Günü”nə həsr olunmuş “Gəlin şeirdən danışaq” adlı tədbir keçirilib.

Bu haqda Müstəqil.Az-a AYB Sumqayıt bölməsindən məlumat verilib.

Tədbir Türkiyənin Mersin şəhərində fəaliyyət göstərən Mersinli şairlər, yazarlar dərnəyinin üzvləri, Azərbaycanlı şairlər, yazıçılar və kitabxana oxucularının iştirakı ilə reallaşıb.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin iştirakçıları salamladıqdan sonra sözü Mersinli şairlər, yazarlar dərnəyinin başqan yardımçısı şair, yazıçı Çinar Arıkana verib.
Çinar Arıkan Türkiyə – Azərbaycan arasındakı ədəbi əlaqələrdən söz açaraq, belə tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.
Sonra şairlər- Çinar Arıkan,Mustafa Doğan,Fatma Arıkan,Sait Mercan,Faiq Balabəyli,Natiq Qubadoğlu, Gülnar Ümid və yazıçı,ssenarist,kultroloq Hafiz Ataxanlı öz şeirləri ilə yanaşı Türk və Azərbaycan şairlərinin yaradıcılıqlarından nümunələr söyləyiblər.
Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirin təşkilində köməyi olan və iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Müstəqil.Az

Share: