Bakı – Quba yolunda baş verən qəzada ölən şəxsin kimliyi bəlli oldu – YENİLƏNİB

Bakı – Quba yolunda baş verən qəzada ölən şəxsin kimliyi bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzada Şabran sakini 1957-ci il təvəllüdlü A.Ələkbərov ölüb.

İki nəfər orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərilir.

19:44

Bakı – Quba yolunda baş vermiş qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, üzü Şabran istiqamətinə 10-0F-572 nömrəli “Mercedes” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “Chevrolete” markalı avtomobillə ötmə əməliyyatı apararkən toqquşub:

“Hadisə nəticəsində “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Qəza zamanı bir nəfər həlak olub, 10-a yaxın sərnişin ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya müraciət edib”.

19:34

Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, mikroavtobus aşıb, ölən və yaralananlar var.

Könül Cəfərli

Share: