AZAL-ın təyyarəsi məcburi eniş etdi

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Sankt-Peterburqun “Pulkovo” hava limanında məcburi eniş edib.

Publika.az xəbər verir ki, Moskvanın “Vnukovo” hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları”nın J2-830 reysi “Pulkovo” hava limanına (LED) uğurlu eniş edib.

“Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək”, – deyə məlumatda vurğulanıb.

Share: