Azərbaycanlını Rusiyada nanəyə görə cərimələdilər

“Krasnoyars” aeroportunda Rusiyalı fitosanitarlar Azərbaycandan gələn qadını saxlayıblar. Qadının əl çantasında Rusiyaya gətirilməsi qadağan edilən çox sayda ot şitili (təzə nanə) aşkar edilib.

Həmin otlar götürülüb və məhv edilib, qadın isə cərimə olunub.

Məlumata görə, Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşlarına müvəqqəti olaraq əl çantalarında və baqajlarında karantin məhsullarının gətirilməsi qadağan olunub. (Oxu.Az )

Share: