Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqənin qalibi oldu

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 30 illiyi münasibətilə təşkil olunan “TÜRKSOY – türk dünyasının qızıl körpüsüdür” mövzusunda inşa müsabiqəsinin qalibləri təltif edilib.

Kulis.az xəbər verir ki, üç azərbaycanlı məktəbli müsabiqənin mükafatçıları arasında yer alıb.

Türk xalqlarının mədəniyyətinin, adət-ənənələrinin birliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib.

Qeyd edək ki, dövlət ümumtəhsil məktəblərində təhsil alan 13-15 yaşlı şagirdlərin iştirak etdiyi müsabiqədə Azərbaycan məktəbliləri Nərmin Məmmədli, Yaqut Bəyova və Fatimə Məmmədova da mükafatlara layiq görülüblər.

Share: