Azərbaycanlı gənc Daşkənddə rahibələr üçün toxuculuq otağı açdı…

Gənc azərbaycanlı Özbəkistanın paytaxtı Daşkənddə rahibələr üçün toxuculuq otağı açıb.

Müstəqil.Az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə özbək mətbuatına müsahibəsində Müqəddəs Troitsk-Nikolsk qadın monastrının rahibəsi, iqumenya Yekaterina bildirib.

Onun sözlərinə görə, monastra təkcə pravoslavlar deyil, müsəlmanlar da kömək edir.

“Daim kisələrlə ərzaq gətirirlər, ona görə daha bazara getməyə ehtiyac qalmır. Müsəlman bayramlarında qurban kəsiləndə bizə də ət payı çatır. Onlar bilmirlər ki, biz ət yemirik.

Bundan başqa, təmir-tikinti işlərində də kömək edirlər. Məsələn, gənc azərbaycanlı öz hesabına bizim üçün toxuculuq otağı tikdi. Ona görə biz müsəlmanlar üçün də dua edirik”, – deyə rahibə bildirib.

Share: