Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş investisiyaların həcmi 3 dəfəyə yaxın artıb

2023-cü il ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar 3 milyard 117.4 milyon ABŞ dolları təşkil edib.

“-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 964,8 milyon ABŞ dolları artıb. Belə ki, 2022-ci il ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 1 milyard 152.6 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycandan ən çox birbaşa investisiya Türkiyə iqtisadiyyatına yatırılıb. Hesabat dövründə Azərbaycandan Türkiyəyə 1 milyard 815.1 milyon ABŞ dolları investisiya yatırılıb ki, bu da illik müqayisədə 7.4 dəfə çoxdur.

Share: