Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başladı — Yenilənir

Bu gün axşam saatlarında Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamenti yayıb. 

Görüş Bakı vaxtı ilə 17:45-də ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə baş tutacaq.

Bundan əvvəl isə, 17:00-da Blinken və Ceyhun Bayramov arasında ikitərəfli görüş keçiriləcək.

***

Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüş ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə baş tutur.

Görüşdə Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.


Share: