“Yuventus”dan Alleqrinin taleyi ilə bağlı açıqlama

“Düşünürəm ki, Massimiliano Alleqrinin öz yerinə təsdiqləndiyi tamamilə aydın məsələdir. O, dördillik müqavilə ilə qayıdıb və hələ bu müddətin yarısını belə keçməyib”.

Bu barədə “Yuventus” futbol klubunun maliyyə direktoru Françesko Kalvo baş məşqçi Alleqri ilə bağlı açıqlamasında bəyan edib.

Onun sözlərinə görə, bu mövsüm üçün hədəflər ikinci yer və Avropa Liqasının finalına çıxmaqdır.

“Yuventus”da yeddi il ərzində 11 kubok və iki Çempionlar Liqası finalı Alleqrinin lehinə danışır və bu qətiyyən müzakirə olunmur”, – deyə Kalvo əlavə edib.

Qeyd edək ki, “Yuventus” 60 xal toplayıb və İtaliya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Mənbə: Sport-Express

Share: