Ac tələbə 120 dollarlıq sənət əsərini yedi

İtalyan rəssam Mauritsio Kattelanın divara yapışdırılmış banandan ibarət konseptual sənət əsəri əvvəllər də dəfələrlə mübahisələrə səbəb olub.

Kulis.az xarici mediaya əsasən xəbər verir ki, bu dəfə sənət əsəri Cənubi Koreyanın paytaxtı Seulda ac universitet tələbəsinin onun bir hissəsini yeməsi ilə gündəmə gəlib.

Belə ki, Seul Milli Universitetinin incəsənət tələbəsi, Cənubi Koreyanın Seul şəhərindəki Leeum İncəsənət Muzeyində nümayiş etdirilən ikonik əsərlərindən olan meyvəni divardan qoparıb və sonra yeyib.

Mövzu ilə bağlı açıqlama verən muzeyin sözçüsü tələbənin bananı ac olduğu üçün yediyini bildirib.

Qeyd edək ki, “Komediyaçı” əsəri 2019-cu ilin dekabrında ABŞ-ın Art Basel Mayami çimərliyində 120.000 dollara satılaraq sənət dünyasının ən böyük hadisələrindən birinə çevrilib. Əsərin digər iki nəşri də yarmarkada satılıb.

Cənubi Koreyalı tələbə bananı yedikdən sonra qabığını yenidən divara yapışdırıb. Qabıq daha sonra muzey tərəfindən təzə bananla əvəz olunub.

Muzeyin mövzu ilə bağlı açıqlamasında, “Hadisə qəfil baş verdiyi üçün heç bir xüsusi tədbir görülmədi. Rəssam Kattelan hadisədən xəbərdar olsa da, reaksiya vermədi”, – deyə bildirib.

Xarırladaq ki, Kattelanın əsərindəki bananın yeyilməsi ilk dəfə deyil. 2019-cu ildə “Komediyaçı”nın ilk buraxılışı satıldıqdan sonra, ifaçı David Datuna da Mayamidəki Art Baseldəki Perrotin qalereyasında nümayiş etdirilən bananı qoparıb yemişdi.

Share: