Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

2 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazirlər, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, nəqliyyat və enerji sahəsində əməkdaşlıq, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

***

Saat 21:36

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleun ilə görüşüb.

xəbər verir ki, bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib:

“Biz dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı daha da genişləndirməyi səbirsizliklə gözləyirik”

Share: