Azərbaycan Premyer Liqası: “Qarabağ” “Kəpəz”i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Son ölkə çempionu “Qarabağ” Qəbələdə “Kəpəz”in qonağı olub. Qarşılaşma “köhlən atlar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin yeganə qolunu 44-cü dəqiqədə Abdullah Zubir vurub. Gəncə klubunda Tural Rzayev 50-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Rəqiblərindən bir oyun az keçirən “Qarabağ” xallarının sayını 12-ə yüksəltməklə lider “Sabah”a çatıb. 5 görüşün hamısında uduzan “Kəpəz” isə sonuncu – 10-cu yerdədir.

Qeyd edək ki, turun “Şamaxı” – “Turan Tovuz” və “Neftçi” – “Sumqayıt” oyunları sentyabrın 3-də, “Sabah” – “Səbail” və “Zirə” – “Qəbələ” qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.

Share: