Azərbaycan polisi – milli genetikamızın xilaskarı

Azərbaycan Daxili İşlər Nazirliyi Cənubi Qafqaz və Xəzər regionunda beynəlxalq cinayətkarlıq, həmçinin narkotiklərə qarşı mübarizədə xüsusi əməliyyatlar missiyasını yerinə yetirir.

Hazırki dünyanın geosiyası və geostrateji müstəvisinin tərs- perpendikulyar Şərq-Qərb paralelləri müstəvisində baş verən ziddiyyətli və qatmaqarışq proseslər,transmilli və beynəlxalq, həmçinin qlobaı cinayətkarlığın məhz bu paralellər üzərində sürətlə cərəyan etməsi,ardınca mənfi inkişaf dinamikası ilə yadda qalan daşıyıcılıq funksiyası,həm də aktiv fazadakı fəalliyyət predmetləri, bu gün Cənubi Qafqaz və Xəzər regionunda da özünün çılpaqlıq və təhlükəlilik parametrləri ilə diqqət çəkən amillər kateqoriyasındandır.
Əlbəttə ki, bu tip mənfi dinamik iş əmsalı, üstəlik zərərli seqmentləti ilə seçilən və müşahidə olunan tendensiyanın hazırki ziddiyyətli proseslərin yaşadığımız regionu çulğadığı fonunda Azərbaycanın milli və dövlət maraqları ilə üst- üstə düşmədiyi başa düşüləndir.
Nəzərə alsaq ki, Azərbaycan Avropa və Asiyanın ən önəmli və ən əlverişli qovşağı rolunu oynayan tarixi İpək Yolunun üstündə yerləşən ərazilərdəndir,o zaman ölkəmizin içindən keçib gedən beynəlxalq və qlobal əhəmiyyətə malik tranzit yolun Pərdəarxası Transmilli Şəbəkələrin nə qədər maraq dairəsində olduğu gerçəkliyi də vacib arqument və faktlardan hesab ediləndir.
Bu üzdən də bu gün bunu hər bir Azərbaycan insanı başa düşməli, ölkənin milli və dövlət maraqları üçün bütün səy və bacarıqlarını yalnız bu istiqamətə yönəltmək lazım olduğunu dərk etməlidir.
Çünki Azərbaycanın milli və dövlətçilik müqəddaratı,suvrenliyi, ərazi toxununmazlığı,sabitlik və əmin-amanlığ kimi məsələləri,hər bir azərbaycanlının vətəndaşlığ borcu,qayəsi,ayıq-sayıqlığı kimi ümdə vəzifələrindən hesab edilənidir.
Bəzən Azərbaycanın milli və dövlət maraqlarına qarşı gizli niyyətləri olan tərəflər,çox zaman pozucu təmayüllərin bu coğrafiyalrda fəaliyyətindən öz kirli məqsədləri üçün istifadə etməyə meyillənirlər.
Bu hallar Azərbaycanın müstəqillik qazandığı illərdən üzü bəri dəfələrlə müşahidə olunmaqdadır.
Arxasında maraqlı dövlətlərin dayandığı və maliyyələşdirdiyi bir sıra dini cərəyan və təmayüllərin ölkə hüdudları boyunca intişara cəhd etmələri, fəallığı üçün fürsət qazanmaları, zaman- zaman özünü büruzə verməyə cəhd göstərmişdir.
Ancaq Azərbaycanın milli və dövlət maraqlarının qorunması və müdafiəsi üçün daim hazır dövlət orqanları və vətənpərvər insanlar,bu mənfi tendensiv halların qarşısının alınmasında fəal iştirak etmiş,həmin zərərli cərəyanların fəallaşmasının dəf edilmişdir.
Bu gün respublikanın hüquq-mühafizə orqanlarının gördüyü təxirəsalınmaz işlər, Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı pozuculuq planlarını gerçəkləşdirməyə cəhd göstərən dövlətlərin, xüsusi ilə son zamanlar İranın(Ermənistan-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda) ölkəmizdəki pozuculuq fəaliyyətini əks etditən hadisələrin cərəyan etməsi diqqətçəkən detallardandır.
Bu pozuculuq planlarının qarşısını alınması istiqamətində Daxili İşlər Naziriliyinin, cənab nazir Vilayət Eyvazovun rəhbərliyi ilə həyata keçirdiyi uğurlu əməlliyyatlar, ölkənin müqəddaratının hüquq- mühafizə orqanlarının peşəkar və təcrübəli əməkdaşları tərəfindən bir daha ayıq-sayıq, gecə- gündüz qorunması, layiqli və düşündündürücü amillərdəndir.
Azərbaycanın milli və dövlətçilik müqəddaratının fonunda, ölkəmizə qarşı xaricdən və daxildən artan düşmənçilik meyillərinin zamanında və qabaqlayıcı tədbirlərlə alınmasında, bu gün doğurdan da Daxili İşlər Nazirinin özü, cənab Vilayət Eyvazov və nazirliyin peşəkar və təcrübəli əməkdaşlarının rolu və yeri apaydın görünən detallardandır.
Ölkədəki kriminogen durumu həm xaricdən, həm də daxildən gərginləşdirəcək kriminal ünsürlərin zamanında və qabaqlayıcı əməlliyyat planları ilə dəf edilməsi, həmçinin operativ tədbirlərlə zərərsizləşdirlməsi peşəkarlığını nəzərə alsaq, Daxili İşlər Nazirliyinin respublikadada həm krimonogen vəziyyətə, həm də əməliyyat şəraitinə tam nəzarət etməyi layiqlə öhdəsinə götürməyi bacarması, danılmaz faktlarla görsənəndir.
Son zamanlar İran meyilli kriminal və cinayətkar narko-dindar kəsimin ölkə hüdudları boyunca sözügedən dövlətin xeyrinə Azərbaycanın milli maraqları üçün atdığı bağışlanılmaz addımların qarşısının alınması, həmin kriminal qrupların ifşa olunması planlarında Daxili İşlər Nazirliyinin peşəkar əməliyyatçılarının gördüyü qabaqlayıcı təbirlər, bir daha ölkəmizin sabitlik və əmin-amanlq, asayişdə olması istiqamətində hüquq- mühafizə orqanlrının sayıqlığı hər zaman öz müsbət nəticəsini verəndir.
Bütün bunların fonunda tarixi gerçəklikləri özündə ehtiva edən və Azərbaycanın tarixi milli maraqlarını, üstəlik qan yaddaşını zədələməyə düşünülmüş gizli siyasi planları əks etdirən, milli genetik kodumuzu modifikasiya yolu ilə məhv etməyə çalışan maraqlı dövlətlərin bu coğrafiyalarda zaman- zaman apardığı çirkli məqsədləri daha altdan üst qata çıxararaq,onu Azərbaycan insanın yaddaş koduna bir daha təqdim etməyi, təhlili düşüncəmizin süzgəcindən keçirdiyimiz bəzi tarixi frazaları təzədən çözələyib günümüzün reallığları ilə uzlaşdırmağı özümüzə borc bilirik.
Çünki bu gün dünyanın hazırki müasir sistemində daha çox fəallığı ilə seçilən və iri, uzun müddətli maraqlarını bizim coğrafiyalarda gerçəkləşdirməyə can atan dövlətlərin gizli, pərdəarxası planlarının qaranlıq məqamlarına aydınlıq gətirmək, Azərbaycanın bu günki və sabahkı milli maraqları ilə əksiklik və ziddiyyət yaratsa da, bu detal dolayısı, həmçinin bir başa hər zaman ölkəmiizin milli müqəddaratı məsələsi kimi yadda qalandıdır.
Elə bu aspektən də yuxarıda fraza olaraq giriş yerinə təqdim etdiyimiz kimi, respublikanın hüquq- mühafizə orqanlarının, xüsusi ilə bir başa Azərbaycan Daxili İşlər Nazirliyinin, cənab nazir, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi və göstərişi əsasında bu gün ölkədə ciyatəkarlara, həmçinin cinayətkarlığa qarşı barışmaz mübarizə mövqeyi tutması, beynəlxalq, trsansmilli güclərin, onların kriminal,narko şəbəkələrinin respublika ərazisini tranzit vasitə seçməklə,ölkədə kriminogen durumun gərginləşdirilməsinə maraq göstərmələrinin qarşısının qətiyyətlə alınması, çox diqqətçəkən məsələlərdəndir.
Bu üzdən də, bütün bu milli məsələrin fonunda, dövlətçilik maraqlarımızın qorunması istiqamətində bəzi tarixi reallığların bir daha günümüzün içindən keçdiyini nəzərə alaraq, onları araşdırma materialları kimi təqdim etmək istəyirik;beləki, apardığımız araşdırmalar zamanı belə detal diqqətimizi çox çəkir.
Rus rəssamı Saltıkov-Şedrin 1918-ci ildə Bakıda olarkən Çəmbərəkənddə bir erməni qəssabın kənd müəllimi Əbdül Hüseyn kişinin başını üzüaşağı – Bayıl tərəfə axan kiçik bir çay axarına tərəf tutaraq necə kəsdiyini rəsm əsərində təsvir edir. Sonra Saltıkov –Şedrin həmin əsəri erməni narkobaronu Erik-Papanin Simonyana satır.
Məlumata görə 1918-ci ilin mart ayında Bakının indiki Papanin ərazisində Azərbaycanda narkotiklərə qarşı mübarizə aparan əsgərlər üçün ilk hərbi kazarma tikilir… (hələlik fikirlərimizi burda saxlayaq).
Araşdırma materiallarına görə narko-kəşfiyyat sənədləri sırasında göstərilir ki, dünyanın iri dövlətlər tərəfindən işğal olunmuş və sonda uzun illər və bəzən hətta əsrlər boyu nəzarətsiz zonalar kimi tarixdə özünə yer tutan “Nəzarətsiz zonalar” narkoticarətdə “Qara bazar” kimi tanınır.
Beynəlxalq erməni terror təşkilatları tərəfindən işğala (genetik işğala) məruz qalmış Qarabağ torpaqları (Azərbaycanın bir parçası) narkopticarətdə tanınır və hər cür materialların hazırlanmasında hələlik BMT tərəfindən geniş təhlil olunur.
Dünyanın narkotiklərə qarşı mübarizə aparan narko-kəşfiyyat təşkilatlarındakı qovluq və xəritələrdə işğala məruz qalmış (Beynəlxalq terror təşkilatları tərəfindən,qapıları onların üzünə erməni terror təşkilatları açdılar) torpaqlarımız dünyanın ən böyük, məşhur və genişmiqyaslı narkobazar kimi göstərilir.
Apardığımız uzun müddətli tədqiqatlara görə Dağlıq Qarabağ əraziləri təqribən 28 il beynəlxalq terrorda iştirak edən narko-qruplar tərəfdən, silahlı birləşmələr tərəfindən tam mənada nəzarətə götürülüb.
Əslində işğal olunmuş Dağlıq Qarabağ ərazisi bütövlükdə Beynəlxalq Terror qrupları tərəfindən “Birinci Sülh Məramlı” dəstə və qruplar tərəfindən mühasirədə olub.
Bu gün isə rus qoşun kontingentinin əsgər qrupları həmin narkoəraziləri əhatə edirlər.
Məlumata görə, həm Tehranın, həm Londonun, həm Parisin, həm Romanın, həm Moskvanın, həm Berlinin, həm Vaşinqtonun, həm Vatikanın məhkəmələrində onlarla narko-cinayətləri göstərən qovluqlar var.
Artıq bilavasitə erməni natkobaronların idarə etdikləri “Narkoticarət şəbəkələri” diqqət mərkəzindədir. Hansı ki, bu şəbəkələrdə təmsil olunmuş şəxslərin bir qismi mənsub olduqları ölkələrin parlamentində hökumətlərində yer tuturlar.
Məsələn, Fransa parlamentindəki deputatların bir qisminin şəxsi gəlirlərində Qarabağ narkotiklərindən gələn gəlirin payı var və məhz bu gün həmin deputatlar Prezident İ.Makronun təkidi ilə işğal olunmuş Qarabaq ərazilərinin “Ermənio dövləti” kimi tanınmasını istəyirlər.
Düşünməmək olmur. Bu, kimin strateji planıdır? Və yaxud, bu taktiki gedişdə bizi nə gözləyir?
“Tədqiqata görə Qarabağ torpaqlarında yetişdirilən narkotik maddələrin keyfiyyət gücü başqa dövlətlərin ərazilərində yetişdirilən narko materialların təsir gücündən 11 dəfə artıqdır… (kəşfiyyat generalı Fem Mişel)”.
Fakt budur ki, Azərbaycan bütövlükdə “Tiryək müharibəsi”nə cəlb olunub və bu müharibəni izləyən 26 Süni Peyk, 126 strateji mərkəz, min üç yüz şəxs, üç hər cür müasir silahları olan ordu, 34 narko-kəşfiyyat mərkəzi… fəaliyyətdədir. Məşhur “Roma Klubu” bu bazarın böyük bir hissəsinə başçılıq edir.
Çoxsaylı araşdırma materiallarından görürük ki, Azərbaycan Daxili İşlər Nazirliyi narkotikaya narkotik maddələrin qeyri-qanuni əkilməsi, daşınması və istifadə olunmasına qarşı mübarizə strategiyası ilə ölkənin yeni yüzilliyində bütün istiqamətlərdə dəmir qapıları, sümüklərə işləyən tikanlı keçidləri bağladı.
Bu strategiya İran İslam Respublikasının, Rusiya Federasiyasının, Ermənistan Respublikasının, Türkiyə Cümhuriyyətinin, Gürcüstan Respublikasının məxfi və açıq narkotrafiklərinə, narkobaronlarına və narkokuryerlərinə qarşı çox ağır bir zərbə oldu.
Beləcə. Azərbaycan mili təhlükəsizlik konsepsiyasını əsas götürərək, dünyanın narko sistemini kötüyündən laxlatmağı bacardı.
Azərbaycanın atdığı bu addımdan sonra, təkcə Tehranda narkomifin dağılması ilə bağlı ölkənin “Ettelaat” “Sepah” “Sərhəd qoşunları, gömrükçüləri… rəhbərləri, generallar… Ali Baş Komandan üçün – Ayətullah Seyid Əli Xomeneyi üçün “Strateji nəticələr”ini və yeni narko-yollarını təklif etdilər.
Birləşmiş Millətlər Təşkilatı (BMT)Azərbaycan tərəfinin bu yeni strategiyasını aydınlaşdıran və öyrənən “Xüsusi İnformasiya və Məlumat Şöbəsi yaratmağı məqsədəuyğun hesab etdi.
Məlumata görə Tehran tərəfi də Azərbaycan Daxili İşlər Nazirliyinin bu yeni və gözlənilməz strategiyasına, hücum taktikasına qarşı 12 müxtəlif Direktivini hazırladı.
Digər bir araşdırma materialına görə məxfi qaydada “Sepah”da hazırlanmış “Narko-Direktiv”də (daha doğrusu 8 saylı Direktiv ancaq göndəriləcək Şifroqramları, yeni ünvanları və marşrutları əhatə etməli idi.
Cənub zonasından keçən narkomarşrutlara məhz narkotrafiklərə başçı təyin olunmuş və yaradılmış “Nəzarət İdarəsi”nə general Həbibiyan başçılıq etməli, ölkə başçısının təyinatı ilə həm Naxçıvanla, həm də Cəlilabadla (ayrıca) bilavasitə bağlı olan narkokəşfiyyat idarələrin yaradılması nəzərdə tutulurdu.
İranın belə bir addımı, Azərbaycan Daxili İşlər Nazirliyinin yeni narkostrategiyasına qarşı adekvat olaraq düşünülmüşdü.
Təhlili nəticələrdən aydın olur ki, general Səlim Həbibiyan regionda ən nüfuzlu narkobaronlardan biridir.
Həmçinin, ona məxsus olan və narkotik maddələrin satışından, daşınmasından əldə olunan gəlirlərə nəzarət edən narkobankları da fəaliyyət göstərir.
Daha ciddi faktlardan da biri budur ki, məhz Azərbaycan tərəfinin yeni narkostrategiyası İranda iki məxfi qüvvəni üz-üzə gətir.
İki qüvvənin qarşı-qarşıya gəlməsində məlum olur ki, İran narkobaronları Cənub bölgələrinin ayrı-ayrı yaşayış məntəqələrinə nüfuz edərək, qeyri-qanuni olaraq narkoplantasiyalar salmağa müvəffəq ola bilmişdilər.
Bu tip məsuliyyətsiz addımları atmaq, şübhəsiz beynəlxalq hüquq normalarını pozmaq kimi qiymətləndirilir və həm də maraqlı tərəflərin regiona qarşı düşmənçilik mövqelərin önə çəkir.
Araşdırma göstərir ki, Azərbaycan tarixi İpək Yolunun üstündə yerləşən ərazilərdəndir.
Bu üzdən də ölkəmiz həm də Beynəlxalq Narıkotrafiklərin seçdiyi ən əlverişli tranzit vasitə kimi də yadda qalandır.
Buna görə də bu gün Azərbaycanın milli və dövlətçilik müqəddaratının missiyasını və tükünün daşıyıcıları olan respublikanın hüquq- mühafizə orqanların, polis oeqanlarının üzərinə nə qədər ağır bir məsuliyyətin düşdüyü gün kimi görünəndir.
Sonrakı araşdırmalar bunu deməyə əsas verir ki, narkoticarətdən qazanılan gəlir hələlik hər hansı dövlət çevrilişləri üçün, etnik qruplar arasında nifaqların salınması üçün, irimiqyaslı terrorların hazırlanması və həyata keçirilməsi üçün… kifayətdir, bəs edir.
Bu həmin gəlir bir neçə yerə ayrılır:
1. Cəmiyyətdə və dövlət, hökumət tərkibində tanınan söz sahiblərinə, insanlara qarşı “Killerlərin hazırlanması;
2. Silah və insan alverinin təşkilinə yönəlmiş narko-gəlirlər;
3. Dövlət çevrilişlərinin təşkilində, məxfi siyasi planların hazırlanmasında, həyata keçirilməsində, mövcud ictimai-siyasi quruluşun dəyirşdirilıməsində, narkotrafiklərin genişləndirilməsində, terror düşərgələrin salınmasında xərclənməsi və s.
Məlumata görə Azərbaycan bütün bu təhlillərin nəticələrindən kənardadır.
Bu da BMT sənədlərində yüksək qeyd olunub.


Artıq Azərbaycan Dövləti dünyanın narkotiklərə qarşı mübarizə cədvəlində birinci beş dövlətdən ikincisidir.
Bütün bunlar ölkə başçısının narkotiklərə qarşı apardığı dövlət siyasətinin (özü də dünya səviyyəsində bəyənilmiş siyasətin) təsdiqidir.
Azərbaycan Daxili İşlər Nazirliyinin narkotiklərə və narkomanlığa qarşı mübarizə strategiya isə bu siyasəti tamamlayır.
Azərbaycan polisi bu siyasətin həmişə yanındadır.
Azərbaycan polisi ölkəmizin adının Beynəlxalq Terrorda ittiham olunan dövlətlərin cərgəsindən çıxmasında əvəzsiz rola malikdir.
Bu özü də böyük qələbədir. Baxmayaraq ki, ölkə mətbuatı, kütləvi informasiya vasitələri bütün bunların təbliğatında hələ də xəsislik edir.
Səbəb?
Nə üçün biz beynəlxalq səviyyədə qazandığımız nailiyyəti təbliğ edə bilmirik.
Fikrimcə Azərbaycan polis oeqanlrının bu istiqamətdə, eləcə də cinayətkarlığa qarşı mübarizəsində (məsələn, qadın alverinə, silah alverinə, uşaq oğurluqlarına qarşı mübarizəsində əldə etdiyi nailiyyətləri) qazandığı nailiyyətlləri gizlətmək… sadəcə nankorluqdur, cənablar(!).
Azərbaycan prezidenti isə bu mübarizəni həmişə qiymətləndirib.
Keçirilən əməliyyatların demək olar ki, hamısı itkisiz olub.
Müqayisə edək; – Məsələn RF-da quldurluğa qarşı “Fevral-2023-cü il mübarizəsi”ndə 24 nəfər zabit, 12 nəfər polis həlak olub. Ermənistanda narkotiklərə qarşı mübarizədə 19 əməliyyat uğursuz olub.
İranda eyni mübarizə xəttində 16 nəfər İran zabiti həlak olub və baş verən, keçirilən əməliyyat uğursuzluqla nəticələnib, 37 nəfər narko-terrorçu Pakistana və Ermənistana qaçıb…
Qeyd edim ki, bütün bu göstəricilər ABŞ – Dövlət Departamentinin kəşfiyyat sənədlərində özünə yer tutub.
Qərb istiqamətində məlum olan narkotrafiklərin dağıdılmasında gücünü göstərəcək.
1. Qərb marşrutu: Cəlilabad – Qəndəkar – Hilmənd əyaləti, – Zahedan, – Tehran – Təbriz – Stambul – Avropa;
2. Cənub marşrutu – Peşavar – Kəraçi – Avropaya dəniz marşrutu – Yaxın Şərq – Cənub – Şərqi Asiya – ABŞ).
Məlumatlarda bildirilir ki, artıq İran Pakistan narkosərhədi qoruna bilmir. Demək olar ki, Əfqanıstanda bu istiqamətdə yardımçı rolunu oynayır.
Bu da diqqətçəkən detallardandır ki, Rusiya Federasiyasının qara bazarlarında narkotik ticarətin 80, Avropa bazarlarında isə 35 faiz Əfqanıstandan daşınan mallar təşkil edir.
Lakin bu gün Azərbaycan dövləti qətiyyətlə və güclü şəkildə beynəlxalq və qlobal cinayətkarlıq kateqoriyasından sayılan narkotiklərə qarşı ən sərt mövqeyini ortaya qoymuşdur.
Düzdür bu amil bu beynəlxalq və transmilli güclərin maraq və nüfuz dairəsində olan bu ticarətin ölkəmizdə hüquq- mühafizə orqanlarının əsl hədəfinə tuş gəldiyini heç də həzm edə bilmirlər.
Bu amil, ölkəmizin milli maraqları ilə tərs – mütənasib, üst-üstə düşməyən olduğu üçün, narko marşurutlara nəzarət edən cinayət şəbəkələrinin adekvat addımlar atmasına əndişələndirsə də, ancaq güclü Azərbaycan dövləti, onun milli təhlükəsizlik və sabitlik üçün məsul orqanları daim ayıq-sayıq, bütün mümkün təhlükəlirin zamanında qarşısını almağa daim hazırdır.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun peşəkar heyəti də bu qəbildən olandır.
İnanırıq ki, bu gün də, sabah da onlar Azərbaycanın müstəqilliyinin təhlükəsizliyi, müqəddaratı uğrunda bütün Vətənin təhlükələrini dəf etməyə hər an ayaqda olacaq və Azərbaycan insanının, onun, dövlətçiliyinin, Prezident siyasətinin, onun komandasının və ailəsinin keşiyində, asayişində iti zehn, bacarıq, peşəkarlıq və zəngin təcrübə ilə dayanacaqlar.


Rövşən Novruzoğlu,
Antikorupsiya və Antiterror Strateji Araşdırmalar Mərkəzinin direktoru,

Milli Təhlükəsizlik Məsələləri üzrə e

Share: