Azərbaycan millisinin heyəti açıqlandı…

Avropa Çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.

Heyət: Rövşən Hüseynli (Araz), Rizvan Fərzəliyev (Araz), Eduardo Mello Borges (Araz), Everton Kardoso (Araz), Ramiz Çovdarov (Araz), Thiaqo Teles Martins (Araz), İsa Atayev (Araz), Xətai Bağırov (Araz), Samir Həmzəyev (EKOL), Emin Kürdov (EKOL), Namiq Məmmədkərimov (EKOL), Villiams Oliveira Do Nascimento “Vassoura” (Al Dhafra, Birləşmiş Ərəb Əmirlikləri), Fineo de Araujo (Agleymina Hamamatsu, Yaponiya) və Vitali Borisov (Ekonomaç, Serbiya).

Qeyd edək ki, final mərhələsi yanvarın 30-dan fevralın 10-dək keçiriləcək.

 

Müstəqil.Az

Share: