Azərbaycan komandası MDB Oyunlarında növbəti medalları qazanıb

Azərbaycanın komandası Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında növbəti medalları qazanıb.

“Report”un məlumatına görə, cüdoçu Nihad Məmişov (50 kiloqram) qızıl medal əldə edib.

Qadın cüdoçu Xədicə Abdullayeva (40 kiloqram) isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl bədii gimnastika üzrə gənclərdən ibarət yığma bürünc medal qazanıb.

Share: