Azərbaycan ali təhsil məkanında ilk dəfə ADU QS beynəlxalq reytinq cədvəlində yer tutub…

Müstəqil.az xəbər verir ki, Azərbaycan ali təhsil məkanında ilk dəfə ADU QS beynəlxalq reytinq cədvəlində 301-340-cı yeri tutub.

Reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edirdi. QS reytinqi sahələr üzrə dünya universitetlərinin kateqoriyalar üzrə qruplaşdırılmış 54 sahəsini əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq.
75 illiyini qeyd edən ali ocaq üçün yaxşı hədiyyədir. Universitetin rektoru ,Xalq yazıçısı  Kamal Abdulla və bütün ADU kollektivini təbrik edirik!

Share: