Aysel Kərimin “Türkün dədəsi Heydər” adlı layihəsi

Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edildi. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Açıklama yok.

Müstəqil.Az bildirir ki,  gənc  ŞAİR-BƏSTƏÇİ   Aysel Kərim də bu ilə öz töfhəsini verərək “Türkün dədəsi Heydər” adlı layihəsini təqdim edir. İthaf əsərin ifası əməkdar artist Mətanət İsgəndərliyə, qiraəti Nürəddin Mehdixanlıya, söz və musiqisi Aysel Kərimə məxsusdur. Müəllif keçirdiyi hissləri bu cür ifadə edir:

“Dahi şəxsiyyətə həsr etdiyim bu əsər onun vətən üçün fədakar fəaliyyətinə, mədəniyyət qarşısında tarixi xidmətlərinə dərin ehtiramım və həmçinin vətəndaş olaraq mənəvi borcum idi. Əsərin “Bahar bayramı”na təsadüf etməyi olduqca yerinə düşdü. Belə ki, Heydər Əliyevin gəlişi bu dövlətin yazına-baharına, çiçəklənməyinə səbəb olmuşdu. Ruhu şad olsun. Azərbaycan gənci olaraq onu daima Heydər baba kimi xatırlayıram.”

Açıklama yok.

Açıklama yok.
Qeyd edək ki, Aysel Kərim Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İki dəfə Prezident təqaüdçüsü və Gənclər Mükafatçısıdır.

Müstəqil.Az

Share: