Avstriyada qar uçqunlarında bir gündə 9 nəfər öldü

Avstriyada son 24 saat ərzində bir neçə qar uçqunu 9 nəfərin həyatına son qoyub. Məlumatı “Associated Press” agentliyi yayıb. 

Bildirilir ki, üç müxtəlif ərazidə 8 nəfər ölüb. Bu hadisələrdən birində isveçlilər və onların avstriyalı bələdçisi həyatını itirib.

Tirol federal torpaqlarının hökuməti də bir nəfərin uçqun nəticəsində öldüyünü, bir nəfərin isə itkin düşdüyünü bildirib.

Səlahiyyətli qurumlar dağa çıxanlara qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Müstəqil.Az

Share: