Aşqabad Azərbaycan, Türkmənistan və Türkiyə sammitinə ev sahibliyi etməyə hazırlaşır

Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə sammitinin keçirilməsi planlaşdırılır.

Bu barədə “Neytral Türkmənistan” qəzeti Türkmənistan parlamentinin Yuxarı Palatasının (Halk Maslahatı Milli Gengeş) sədri Qurbanqulu Berdiməhəmmədovun Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşündən sonra məlumat yayıb.

Qəzet yazır ki, Berdiməhəmmədov Türkmənistan-Azərbaycan-Türkiyə formatında üçtərəfli əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini və tərəflərin dekabrın əvvəlinə planlaşdırılan görüşünə Aşqabadın ev sahibliyi etməyə hazırlaşdığını qeyd edib.

Üçtərəfli sammitə hazırlıq çərçivəsində ölkələrin xarici işlər, nəqliyyat və energetika nazirləri arasında ayrı-ayrılıqda görüşlər keçirilir və yüksək səviyyəli görüş zamanı imzalanacaq sənədlər üzərində iş aparılır.

Share: