ASAN könüllüləri üçün “Maya” filminin təqdimatı keçirildi

Fevralın 25-də “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində 26 fevral – Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar olaraq ASAN könüllüləri üçün “Maya” filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, filmin təqdimatında Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçılar Birliyinin üzvü Xəyal Rza, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov və digər qonaqlar iştirak ediblər.

Ssenari müəllifi və rejissoru Xəyal Rzaya aid olan filmdə I və II Qarabağ müharibəsinin təsiri altında qalan Azərbaycan qadınının həyatından bəhs edilir.

Bundan əvvəl 23-24 fevral tarixində Nizami Kino Mərkəzində “Maya” filminin təqdimatı keçirilib. Təqdimat mərasiminə tanınmış qələm adamları, kino sənətinin nümayəndələri iştirak ediblər. Filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviç, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.

Share: