Homofob şüarlar səsləndirən azarkeşlər həbs edildilər

İngiltərə Premyer Liqasının XXV turunda keçirilən “Tottenhem” – “Çelsi” (2:0) oyunu zamanı meydan sahiblərinin 6 azarkeşi həbs olunub.

Buna onların homofob şüarlar səsləndirməsi səbəb olub. London polisi cinsi ayrı-seçkilik edən 6 fanatın həbs olunduğunu açıqlayıb.

Klub isə bir azarkeşin saxlanıldığını təsdiqləyib.

“Biz bir şəxsin homofob şüarlar səsləndirdiyinə görə həbs edildiyini təsdiqləyə bilərik. “Tottenhem”də ayrı-seçkiliyə yer yoxdur”, – deyə klubun açıqlamasında bildirilib.

Mənbə: “Daily Mail”

Share: