“ANİMAFİLM” festivalı üçün bilet satışlarına başlanıldı

Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığı ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı sentyabrın 6-dan 10-dək Nizami Kino Mərkəzində keçiriləcək.

Kulis.az xəbər verir ki, festivalın proqramı açıqlanıb, bilet satışlarına başlanılıb.

Festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev gəlirin dəstək məqsədilə qadın rejissorlara ianə ediləcəyini bildirib.

Share: