Almaniyanın xəyanəti..-Köln şəhərində qondarma “erməni soyqırımına”abidə qoyuldu

Almaniyada qondarma “erməni soyqırımı” abidəsinin açılışı olub.
Müstəqil.az “KarabakhTV”-yə istinadla yazır  ki, bu haqda işğalçı Ermənistanın KİV-i xəbər yayıb. Abidə Köln şəhərində Reyn çayının sol şahilində Lehmbaçer Veq məzarlığında qoyulub.  Abidənin müəllifləri alman heykəltəraşlar Stefan Kayzer və Maks Şolzdur.
Xatırladaq ki, abidənin qoyulacağı barədə xəbər 2017-ci ilin martında yayılmışdı. Ümumilikdə 5 min nəfər üzvü olan Köln erməni-xristian icmasının yaşıllıq komissiyasına müraciətindən sonra gündəmə gələn abidə məsələsi daha sonra şikayət komissiyasına göndərilmişdi. 2015-ci ildə şikayət komissiyası müsbət rəy verdikdən sonra məsələ əsas komissiyanın gündəliyinə salınmışdı. Köln şəhər bələdiyyə məclisinin əsas komissiyasında verilən qərara görə abidənin qoyulmasına razılıq verilmişdi.

Share: