Ərəb liderləri sadə bir şam yeməyi sürfəsində…

Səudiyyə Ərəbistanında ərəb ölkələri liderlərinin  29-cu Ərəb Liqası sammiti zamanı birlikdə əyləşdikləri şam süfrəsinin fotosu sosial şəbəkələrdə geniş əks-səda yaradıb.
 
Müstəqil.az bu haqda xarici İslam saytlarına istinadla xəbər yayıb. Səudiyyə Ərəbistanının dövlət müşaviri Səud əl-Qahtani tərəfindən paylaşılmış fotoşəkildə ərəb üslubunda geyinmiş kişilərin açıq səma altında əyləşdiyi görünür. Onlar Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhəmməd bin Salman, Misir prezidenti Abdel-Fəttah əl-Sisi, Bəhreyn kralı Həmad bin İsa əl-Xəlifə,  İordaniya kralı II Abdullah, Əbu-Dabi şeyxi Muhəmməd bin Zayed, Dubay əmiri Şeyx Muhəmməd bin Rəşid, Səudiyyə Ərəbistanın idman komitəsinin sədri  Turki əl-Şeyx və digər rəsmi şəxslərdir. Ərəb liderlərin hər hansı kral dəbdəbəsindən uzaq, olduqca sadə və adi bir yemək masası arxasında əyləşməsi gözlənilməz, amma digər liderlər üçün ibrətamiz bir hal kimi dəyərləndirilib.
Qeyd edilir ki, Ərəb Liqası sammitində Səudiyyə kralı Salman  qəti olaraq ABŞ-ın təşəbbüsü ilə Qüdsün İsrailin paytaxtı kimi tanınması əleyhinə çıxış edib  və fələstinlilərin Şərqi Qüdsə olan haqlarını dəstəklədiyini bildirib.

Share: