“Ali Baş Komandanın yanında olduğumu bəyan edirəm və tələb olunan yerdə, döyüş bölgəsində olmağa hazıram…” – Ramiz Şəmmədov

Azərbaycanın rəşadətli ordusu  işğal olunmuş torpaqlarında Ermənistan silahlı birləşmələrinin hücümünü dəf etmiş və hal-hazırda əks hücum əməliyyatları aparır. Düşmənə vurulan ağır zərbələr onun daha da azğınlaşmasına və mülkü vətədaşların yaşadığı yaşayış məntəqələrinin atəşə tutmasına gətirib çıxarmışdır. Azərbaycan dövləti belə bir şəraitdə ədalətli və məsuliyyətli mövqe nümayış etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim Ermənistan torpağında siyası və hərbi maraqlarımız yoxdur” –fikrini bütün ictimaiyyətə bəyan etməsi ölkəmizin ədalətli mövqeyindən xəbər verir.

Mən Lənkəran Dövlət  Universitetinin əməkdaşı olaraq  Ali Baş Komandanın yanında olduğumu bəyan edirəm və lazımı vaxtda tələb olunan yerdə -döyüş bölgəsində olmağa hazıram.

Ancaq təəssüf hissi ilə bildirirəm ki, bütün xalqın həmrəy olduğu bir zamanda Azərbaycanın bir sıra müxalifət partiyaları-Musavat və AXCP bu həmrəyliyi görmürlər və daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyası dialoq çağrışına cavab vermirlər. Bu partiyaların dövlətimizin və xalqımızın  şərəfli günündə  birlik və bərabərlik çağrışlarına qoşulmaması bir vətədaş kimi məndə böyük təəssüf hissi doğurur. Bu gün birləşmək zamanıdır Azərbaycan əsgəri öz sözünü deməyə qadirdir, torpaqlarımızı erməni işğalçılarından azad edir.Sözsüz ki,itkisiz müharibə olmur.

Bu gün Azərbaycan ordusuna  göstərilən qayğı və diqqət onu deməyə əsas verir ki, qüdrətli ordumuz tezliklə vətənin torpaqlarını düşməndən xilas edəcəkdir və bütün xalqımız bunu Ali Baş Komandanın ətrafında birləşməklə bir daha sübut edir və inşallah zəfər bizim olacaq.

Lənkəran Dövlət Universiteti

Təbiyyat fakültəsinin dekanı.dos. R.Şəmmədov

Müstəqil.Az

Share: