Aİ ölkələri İrana qarşı yeni sanksiyalar paketi təqdim edib

Almaniya digər səkkiz Aİ ölkəsi ilə birlikdə ötən çərşənbə günü Brüsseldə nümayişçilərə qarşı pis rəftarla bağlı İranda fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar paketini təqdim edib.

Məlumata görə, sanksiyalar paketi 31 təklifdən ibarətdir ki, hazırda onların mümkünlüyü hüquqi baxımdan öyrənilir.

Siyahıya təhlükəsizlik sektorundan olan şəxslər və qurumlar, eləcə də İranda zorakılıq və repressiyaya ortaq olan şirkətlər daxildir.

İrana qarşı daha sərt sanksiyaların Aİ-də geniş dəstək alacağı gözlənilir. Bu dəfə söhbət aktivlərin dondurulmasından və ölkəyə giriş qadağasından gedir.

Aİ xarici işlər nazirləri noyabrın 14-də keçiriləcək növbəti iclasda İrana qarşı yeni sanksiyalar siyahısı ilə bağlı qərar verə bilərlər.

Qeyd edək ki, bundan əvvəl Aİ İranın əxlaq polis də daxil olmaqla, 11 fiziki və 4 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib. Aİ bu addımı ölkədə insan haqlarının pozulması ilə izah edib.

Mənbə: TASS

Share: