ABŞ səfirinin maşınına hücum etdilər

Banqladeşin paytaxtı Dəkkədə bir qrup silahlı şəxs ABŞ səfiri Marş Berniketin olduğu maşına hücum edib.

Müstəqil.Az bildirir ki, xəbəri RİA Novosti agentliyi yayıb.

Hücum edənlərdən bəziləri motosikllərdə olublar. Səfir və onun mühafizəçiləri insidentin baş verdiyi rayonu sağ-salamat tərk edə biliblər.

“Səfir, onun sürücüləri və mühafizə xidmətinin əməkdaşları zərər çəkməyiblər, ancaq mühafizənin iki avtomobilinə ziyan dəyib”, – deyə səfirliyin bəyanatında vurğulanıb.

Müstəqil.Az

Share: