45 yaşlı Salyan sakini Şirvanda toyda dünyasını dəyişdi

Bu gün axşam saatlarında Şirvan şəhərindəki şadlıq evlərindən birindəki toy zamanı ölüm hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, toy iştirakçısı, Salyan şəhərindəki “Stansiya” yaşayış massivinin 1973-cü il təvəllüdlü sakini Mahir Rizvan oğlu Zeynalovun halı qəflətən pisləşib. Dərhal Şirvan Şəhər Xəstəxanasına çatdırılan M.Zeynalova tibbi yardım göstərilsə də, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: