ABŞ-da çovğuna görə 2000-dən çox reys təxirə salındı

ABŞ-ın bir neçə ştatında qar fırtınasına görə planlaşdırılan 2000-dən çox reys təxirə salınıb.

“Qafqazinfo” “FlightAware”ə istinadən xəbər verir ki, pis hava və kəskin soyuqlar səbəbindən 2 294 aviareys ləğv edilib.

Portal həmçinin bildirib ki, 7205 aviareys isə gecikib.

Qeyd edək ki, çovğunun həftəsonuna qədər davam edəcəyi bildirilib.


Share: