ABŞ 100 minə qədər ukraynalını qəbul etməyi planlaşdırır

ABŞ müharibə nəticəsində qaçqın düşən 100 minə qədər ukraynalını qəbul etməyi planlaşdırır.

Bu barədə “Reuters” xəbər verir.

Məlumata görə, Ukrayna vətəndaşlarının heç də hamısı qaçqın proqramından keçməyəcək. Bildirilir ki, bəziləri ailələrin dəvəti və ya digər prosedurlarla gələcək. Bu məlumatın yaxın günlərdə rəsmən təsdiqlənəcəyi qeyd olunur.

Qeyd edək ki, müharibə nəticəsində 3 milyondan çox ukraynalı ölkəsini tərk etmək məcburiyyətində qalıb.

Müstəqil.Az

 

Share: