Uşağı qeyri-adi üsulla sakitləşdirən ata sosial şəbəkə istifadəçilərini güldürdü – VİDEO

Sosial şəbəkələrdə ağlayan uşağı sakitləşdirmək üçün qeyri-adi üsuldan istifadə edən ata və bunun gözlənilməz nəticəsi barədə görüntülər virus kimi yayılıb.

20 milyondan artıq baxış toplayan videonun izləyiciləri dəfələrlə bu videoya baxsalar da hər dəfə güldüklərini etiraf ediblər.

Kadrlarda kişinin ağlayan uşağını sakitləşdirmək üçün ona çömçə verdiyi görünür. Əşyanı aldıqdan sonra dərhal ağlamağını saxlayan uşaq isə dərhal qonşu otağa qaçır və televizorun qarşısında dayanan böyük qardaşının başına çömçə ilə vurur.

“İndi ağlayan iki körpəniz var… Gülməyimi heç cürə dayandıra bilmirəm”, “Gülməkdən az qala boğuldum. Bu oğlan açıq-aşkar zorakılığı seçdi…”, “Nə gözlədiyimi bilmirəm, amma qətiyyən bu deyildi”, – deyə istifadəçilər şərhlərdə yazıblar.

Müstəqil.Az

 

Share: