Kərkük Kültür Dərnəyi başqanı Şəmsəddin Kuzəçi ilə görüş…

Müstəqil.Az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva və “NƏFƏS” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva “Kərkük Kültür Dərnəyi” İctimai Birliyinin başqanı dr. Şəmsəddin Kuzəçi ilə görüşüblər.

Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Q.Paşayeva İraqın bizə iraq olmadığının Kərküklü, ümumən Türkmanelili aydınların fəaliyyəti timsalında çox aydın görüldüyünü vurğulayıb: “Ümummilli liderimiz Heydər Əliyevin məşhur sözlərini xatırlatmaq istərdim ki,Azərbaycan və Kərkük bir bütünün parçalarıdır. Dövlətimiz, xalqımız İraqda yaşayan soydaşlarımız və bütövlükdə dünya azərbaycanlıları ilə bağlı məsələlərə daim həssasılıqla yanaşır.
Bir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Siz dəfələrlə respublikamızda səfərdə olmuş, konfranslar vermiş, görüşlər keçirmisiz. Bu günlərdə, professor Qəzənfər Paşayevin sizin “Kərkük şairləri” ikicildliyiniz və digər toplular əsasında nəşrə hazırladığı “İraq-Türkman poeziya antologiyası” ictimaiyyətə təqdim olundu. Ədəbiyyat, mədəniyyət coğrafiyaları, cəmiyyətləri bir-birinə yaxın qılan önəmli kateqoriyalardır. Dünyanın indiki qarışıq dönəmində ədəbiyyat, mədəniyyət daha çox rol almalı, barışa, birgəyaşayışa, sivilizasiyalararası dialoqa dayaq olmalıdır.
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Fürsətdən istifadə edib, 44 günlük Azərbaycan Vətən Müharibəsi dönəmində bizim haqq işimizə verdiyiniz mənəvi, informasiya dəstəyi üçün bütün İraqlı soydaşlarımıza, jurnalistlərə, aydınlara təşəkkürlərimizi çatdırmağınızə xahiş edirəm.
Novruz bayramınız mübarək olsun”!
“NƏFƏS” İB sədri F.Balakişiyeva Kərküklü ictimai xadim və araşdırmaçı-yazarla görüşün məhz “NƏFƏS” İB-nin yerləşdiyi qərargahda baş tutmsından məmnunluğunu bildirib. O, “NƏFƏS”lə Kərkük Kültür Dərnəyi arasında əlaqələr qurulmasının qarşılıqlı maraq doğuran mövzuların davamlı müzakirəsi və muvafiq layihələrlə inkişaf edəcəyinə inandığını söyləyib.
Şəmsəddin Kuzəci Komitə sədrinə və Nəfəs İB sədrinə görüş üçün təşəkkür edərək, İraqlı soydaşlarımızın mədəniyyət təsərrüfatı, yeniliklər barədə məlumat verib.
Şəmsəddin Kuzəçi Azərbaycan və ümumən Türk dünyası ilə İraq türkmanları arasında mədəni humanitar istiqamətdə layihələrin daha da artmasının önəmi barədə fikir və təkliflərini bildirib.
Dr.Ş.Kuzəçi Komitə sədri Q. Paşayeva və “NƏFƏS” İB sədrinə Kərkük Kültür Dərnəyinin Fəxri Diplomunu və Fəxri üzvlük sənədini təqdim edib.
Sonda Q.Paşayeva və F.Balakişiyeva
Kərkük Kültür Dərnəyi başqanına Qarabağ motivli xatirə hədiyyələri bağışlayıblar.
Müstəqil.Az
Share: